Şirənin pis yayılması və tutqunluq şirənin qeyri-bərabər yayılması məmulatın növü və gigiyenik xassələrini pisləşdirir.
Şirə axını məmulatın adətən kənarlarında qalın şirə qatının əmələ gəlməsindən ibarətdir.
Nazik şirə. Məmulatın sahəsinin ayrı yerlərində şirə qatının həddindən artıq nazik olmasından ibarətdir. Bunun nəticəsində məmulatın normal parıltısı olmur və o kələ-kötür çıxır.
Tutqun şirə bu nöqsan ondan ibarətdir ki, şirə normal güzgü parıltısı vermir. Tutqun şirə nöqsanı ya şirə tərkibinin qeyri düzgün olması, yaxud da qeyri düzgün bişirilməsi nəticəsində baş verir.
II qrup nöqsanlara (xırda cadarlanma ), nahamar (kələ-kötür yer), səpgi keçəl və şirənin yığılması, çat, boyağın bişməsi və boyağın həddindən artıq bişməsi daxildir.
Dostları ilə paylaş: |