Baki – 2020 Mövzu Yumurta


Mövzu 23. Məişət elektrik mallarının keyfiyyətinin ekspertizası



Yüklə 0,9 Mb.
səhifə201/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   197   198   199   200   201   202   203   204   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Mövzu 23. Məişət elektrik mallarının keyfiyyətinin ekspertizası
Plan:

1. Elektrotexnika mallarının cərəyan təhlükəsizliyinin təyin olunması

2. Elektrik mallarının keyfiyyətinə qoyulan ümumi tələblər

3. Elektrik mallarının markalanması, qablaşdırılması və daşınması

4. Naqillər və məftillər

5. Kabel məmulatlarının ekspertizası
1. Elektrotexnika mallarının cərəyan təhlükəsizliyinin təyin olunması

Bu növ malların cərəyan təhlükəsizliyi onların cərəyan vurmadan müdafiə dərəcəsindən asılı olaraq müxtəlif siniflərə uyğun müəyyən olunur ( 0,01, I, II, III siniflər). Hər sinif izolənin (əsas gücləndirilmiş) müqaviməti (Mom), izolənin davamlığı (V), cərəyan sızması (A) və təsadüfi toxunmadan müdafiə dərəcəsi ilə təchiz olunmuşdur.

İzolənin müqavimətinin müəyyənləşdirilməsi. İzolənin müqaviməti sabit cərəyan 500V gərginliyində meqometr vasitəsilə müəyyən edilir. Bu zaman gövdənin və yaxud cihazın toxunması mümkün olduğu bütün hissələri ilə gərginlik altında olan detalların izolə müqaviməti müəyyən edilir. Əgər gövdə izoləli materialdan (plastik kütlə və s.) hazırlanmışdırsa, bu zaman və yaxud sınaq zamanı onun üzərinə 20x10sm² ölçüdə metal folqa qoyulur və ölçü aparıldıqca onun yeri dəyişdirilir. Metodikaya uyğun olaraq sınaq keçirilməzdən əvvəl cihaz rütubət kamerasında 20-30ºS temperaturda 93 ± 2% nisbi rütubətdə müəyyən müddət saxlanılmalıdır.

Cihazların təsadüfi toxunma zamanı cərəyan vurmadan müdafiəsinin yoxlanması. Gərginlik altında olan cihazın təsadüfi toxunma zamanı cərəyan vurmadan müdafiəsi, sınaq barmaq və yaxud sınaq millər vasitəsilə zahiri baxış keçirilərkən yoxlanılır.

Sınaq barmağı və yaxud milləri işlək cihazın əlçatan hissələrinə (gözlüklər, metal hissələr, hərəkət elementləri və s.) qoyulur. İzolə edilməmiş cərəyan keçirən hissələr, eləcə də lak, mina, kağız materialı, oksid örtüyü ilə örtülmüş hissələr elə yerləşdirilməlidir ki, sınaq barmağı vasitəsilə həmin yerlərə toxunmaq mümkün olmasın. Sınaq mili “II” sinif və qızdırıcı cihazların yoxlanması üçün istifadə edilir. Yoxlanmanın nəticəsi sınaq barmağı və ya mili gərginlik altında olan hissələrə toxunmayıbsa və onun üzərində olan işıq yanmayıbsa, müsbət sayılır.

Cərəyan sızmasının müəyyənləşdirilməsi. Cərəyan sızması cihazın çıxış qütblərinin biri ilə toxunmanın mümkün olduğu metal hissələrlə və ya metal folqanın köməyi ilə 2000 ± 1 000 Om müqavimətli milliampermetr vasitəsilə ölçülür.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin