Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə209/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   205   206   207   208   209   210   211   212   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Erqonomik göstəricilərə istismarın rahatlığı, idarəetmə orqanlarının yerləşməsi və formaları, nişanların və yazıların oxunması, rəng seçiminin psixoloji təsiri, səs-küy səviyyəsi, səthinin zədəli olmaması və s. aid etmək olar.

Keyfiyyətin estetik göstəriciləri məmulatın estetik tələblərə uyğunluğunu müəyyən edir. Onlar ekspert qiymətləndirilməsi zamanı balla göstərilir.



Keyfiyyətin estetik göstəriciləri məmulatın estetik tələblərə uyğunluğunu müəyyən edir. Onlar ekspert qiymətləndirilməsi zamanı balla göstərilir.

Keyfiyyətin inteqral göstəricilərini və texniki – iqtisadi səviyyəsini qiymətləndirmək üçün iqtisadi göstəriciləri – istehsal xərcləri, istismarı, pərakəndə satış qiyməti və s. bilmək lazımdır. Elektrik məmulatlarının keyfiyyəti vahid (keyfiyyətə daxil olan bir xüsusiyyətə görə) kompleks (bir neçə xüsusiyyətinə görə) və inteqral göstəricilərə uyğun qiymətləndirilməlidir. Əgər keyfiyyəti şərtləndirən xüsusiyyətlərdən biri mənfi qiymət alırsa, o zaman bütövlükdə keyfiyyət qeyri-qənaətbəxş hesab olunur.

Elektrik məişət cihazların və maşınların keyfiyyət səviyyəsi differensiallaşdırılmış (qiymətləndirilən və baza məmulatının təsadüf göstəricilərinin müqayisəsi) və kompleks (qiymətləndirilən və baza məmulatın kompleks və ya inteqral göstəricilərin istifadəsi) metodu ilə qiymətləndirilir.

Keyfiyyətin texniki səviyyəsi müəyyənləşdiriləndə iqtisadi göstəricilər nəzərə alınmır, texniki-iqtisadi səviyyəsi müəyyənləşdirildikdə isə əksinə nəzərə alınır. Baza məmulatı kimi bizim ölkəmizdə və yaxud xaricdə istehsal olunmuş, məmulatın ən yaxşı nümunəsi götürülür. Əgər hər hansı dövr ərzində keyfiyyət səviyyəsinin müəyyənləşdirilməsi lazımdırsa, bu zaman keçmişdə istehsal olunmuş ən yaxşı nümunələr götürülür.

Elektrik məişət məmulatlarının yüksək keyfiyyəti o zaman təmin edilə bilər ki, onun yaradılmasının bütün mərhələlərində - layihələşdirmə, istehsal və istismarında – onun yüksəldilməsinə qayğı göstərilsin.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin