2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Uzunömürlülük göstəricisi resursdur (son həddə qədər istismarı, yəni cihazın sonrakı istifadəsi mümükün olmur) və ya istismar müddətidir (son ana qədər istismarın təqvim müddəti). Elektroməişət cihazlarına aid olan standartlarda zəmanət (təminat) müddəti də göstərilir. Bu zaman istehsalçı müəssisə tərəfindən verilmiş istismar qaydalarına riayət edilməsi şərti ilə, istehlakçıya satış günündən hesablanaraq təminat müddəti müəyyən edilir ki, bu dövrdə istehsalçı müəssisə sıradan çıxmış məmulatı dəyişir və ya təmənnasız təmir edir.
İstismarın qaydaya uyğun aparılmasına nəzarət etmək üçün istehsalçı müəssisə əsasən plombların bütövlüyünü, tənzimləmə və bərkitmə vintlərin üzərinə çəkilmiş lakın korlanmasını yoxlayır.