Estetik tələblər məmulatın ümumi üslub istiqamətinə uyğunluğunu şərt edib, onun tərtibat bütövlüyü, formasının rasionallığı, konstruksiyasının xarici elementlərinin uyğunluğu və miqyaslığı, rəng tərtibatı, səthin keyfiyyəti, məmulatın ümumi kompozisiyasında əsas və köməkçi elementlərin aydın seçilməsi, yaşayış sahəsinin iç interyerinin üslub ansamblına uyğunluğu, məmulatın birləşdirmə xəttlərinin keyfiyyətli icrası, firma nişanının ifadəliliyi ilə təyin olunur.
Iqtisadi tələblər elektrik mallarının istismarının səmərəliliyi, elektrik enerjisi sərfində qənaət nəzərdə tutulur.
Keyfiyyətin funksional və ya işləmə göstəricilərinin siyahısı həmin məmulatın təyinatından asılıdır. Məsələn: tozsoran üçün işləmə keyfiyyətinin göstəriciləri müxtəlif səthlərin ( xalçanın, parket döşəmənin, bərk hamar döşəmənin və s.) tozunu effektli sorması, tozudma həcmi, tozun saxlanmasının effektivliyi və s.-dir
İşləmə göstəriciləri qrupu, məmulatın təyinatına uyğunluğunu müəyyən etdiyi üçün keyfiyyətin qiymətləndirilməsi zamanı əsas götürülür.
İstismar keyfiyyət göstəriciləri məmulatların təyinat funksiyalarını istismar prosesində yerinə yetirərkən üzə çıxır. Bu göstəriciləri 3 yarımqrupa bölmək olar: etibarlılıq, erqonomik və s.
Etibarlılıq göstəricilərinin seçimi (müntəzəmlik, uzunömürlülük və s.) məmulatın təmir olunub – olunmamasından, onun istismar rejimindən, iş zamanı dayanmasının nəticələrindən və s. asılıdır.
Dostları ilə paylaş: |