Aşılayıcı maddələr. Aşılayıcı maddələr yaxud taninlər bir çox ağacların tərkibinə, xüsusən onların qabığına və yonqarlarına daxil olur. Ağacdan alınmış aşılayıcı maddələr gön istehsalında habelə ağac və parça boyamaq üçün geniş tətbiq edilir.
Qatran. Ağacın tərkibindəki qatranlar maye və bərk halda olur. Maye qatranlara skipidardan və çərtmək yolu ilə ağacdan alınan kanifoldan, habelə ağşam ağacının qabığından alınıb lak və yapışqanlarda istifadə edilən balzamdan ibarət tereptin, bərk qatranlara isə lak-boya , sabun və s. maddələr istehsalında geniş tətbiq edilən kanifol, kopal və digər maddələr aiddir. Qatranlara yaxın maddələrin xüsusi bir qrupunu da ağacın südəbənzər şirələri (kərməşov, evqoniya) təşkil edir ki, bunlardan da kauçuk hazırlanır. Qaraşam ağacında 15%-ə qədər kitrə adlanan qatranabənzər maye olur.
Efir yağları. Ağacın tərkibinə daxil olan efir yağlarından ən məşhur olanları skipidar və kamfora yağlarıdır.