5. Kabel məmulatlarının ekspertizası
Cərəyan daşıyıcı damar – özəl hissələri mis, alüminiumdan, sinklənmiş poladdan və digər metallardan hazırlanmış kabel, məftil və şnurlar bir və ya bir neçə tellərdən, seqment və bölmələrdən hazırlanır. Onlar elektrik cərəyanının ötürülməsinə qulluq edir. Cərəyan daşıyıcı damarlar mis və alüminium materialından hazırlanır. Mis tellərdən yumşaq markalı MM, bərk markalı MT, alüminium tellərdən yumşaq markalı AM, bərk markalı AT və yarımbərk markalı AMT istifadə olunur. Tellər damarlarda bir birlərinə burulmuş və elementlərə birləşdirilmiş ola bilərlər. Yumşaq tel yüksək keçiricilik qabiliyyətinə malikdir, ona görə də yumşaq teldən istifadə edilən zaman az enerji itkisi olur.
Cərəyan daşıyıcı damarlar dörd növdə istehsal olunur:
1. Normal – hərəkətsiz çəkilmə üçün nəzərdə tutulan naqillər üçün;
2. Əyilən – montaj zamanı xüsusilə əyilmə qabiliyyəti tələb olunan, hərəkətsiz çəkilmə üçün nəzərdə tutulan naqillər üçün;
3. Yüksək əyilən – az radiuslu əyilmə işlərində istifadə olunan naqillər üçün;
4. Xüsusilə əyilən – yüksək əymə şəraitində istifadə olunan naqillər üçün;
Damarın en kəsiyi – cərəyan daşıyıcı damarın en kəsiyinin mm² - də sahəsi müəyyən növ məhsul üçün icazə verilmiş cərəyan gücünü xarakterizə edir.
Kabel məhsullarının izoləsi - cərəyan daşıyan damarların cərəyan keçirməyən örtüyüdür. Yağ- kanifol məhluluna hopdurulmuş kabel kağızı, ekstruziya üsuli ilə damarın içərisinə çəkilən polimer materialları (polietilen, polivinil-xlorid, ftoroplast və s.), rezin, elektroizoləsiya lakı, ipək və s. əsas izolə materiallarıdır.
Bunlardan başqa izolə materialı kimi izolyasiya xüsusiyyəti olan rezin, plastik kütlə, lent, lavsan, kapron, mina, laklar və şüşə lifindən istifadə olunur. Izoləsiya rezini təbii və sintetik kauçuk əsasında hazırlanır. Yanmaya, əyilən, elastik izolə kimi polivilxloriddən geniş istifadə olunur. Ip və saplardan hörülmüş izoləyə- hörmə, spiral şəkilli sarınmış izoləyə isə - səpgi deyirlər. Rezin və plastik kütlədən olan izoləni bütöv layla çəkirlər. Məhsulun təyinatdan asılı olaraq izoləsi qalınlığı 0,05-3 mm olur.
Kabel səthi - cərəyan daşıyıcı damarları rütubət, kimyəvi maddələr, işıq və mexaniki yüklərdən mühafizə etmək üçün polimer materiallardan metal lentlə dolanmış örtükdür.
Kabel qoruyucu örtüyü- mexaniki zədələrdən qorunmaq üçün bütün kabel kağızı və ya ftoroplast lent çəkilmiş üz səthidir.
Kabel zirehi - kabeli mexaniki zədələrdən qorumaq üçün kabelin üstünə sarınan sinklənmiş poladdan lent və yaxud məftil.
Naqilin sarğısı - naqilin üzərinə sap və yaxud iplikdən olan izolə qatının vintvari sarınması və yaxud hörülməsi.
Minalanmış naqil- kiçik en kəsiyinə malik, üzərinə nazik elektroizolə minası, lakı çəkilmiş mis və ya alüminium damarı.
Kabel və naqillərin inşaat uzunluğu - baraban və katuşkalarda göndərilən kabel və naqillərin metr ilə ölçülmüş minimum uzunluğu.
Kabel barabanının nömrəsi - baraban üzünün destimetr ilə ölçülən diametri.
Naqil və məftillərin çeşidi. Keçirici məmulatlar aşağıdakı qruplara bölünürlər. Naqillər- quraşdırma və armatur; məftillər birləşdirici( məişət elektrocihazları üçün) və armaturlu; ( xüsusi məqsəd üçün olan), naqil və məftil dəsti.
Qurğu naqilləri. Qurğu naqilləri açıq havada və tikili daxilində işıqlandırma qurğularında elektrik enerjisinin paylanması üçün aparılan çəkilişlər üçün istifadə olunur.
Bu tip naqillər 380, 660, 1100 V gərginlik üçün hazırlanır. Naqillərin cərəyan keçirən damarları mis və ya alüminium tellərdən olur. Naqillər uzun və ya polietilen izoləyə malik ola bilərlər.
Plastik kütlə izoləli iki və üç damarlı paralel qoyulur və izolə səthində damarlar bir-birindən çökəkliklə ayrılır. Açıq çəkiliş üçün nəzərdə tutulmuş iki damarlı naqillərin təməlinin qalınlığı 0.5 mm olmaq şərti ilə ayırıcı çökəkliyin 5 mm olur.
Üç damarlı naqillərdə isə iki damar paralel, üçüncü damar isə təməlinin qalınlığı 0.5mm olmaqla, ayırıcı çökəkliyi 5 mm olur.
Naqilin lentşəkilli təməli onların mismar və bərkidicilərin vasitəsilə divara və yaxud tavana vurulması üçün nəzərdə tutulmuşdur.
Naqillərin inşaat uzunluğu 100 m-dən az olmamalıdır. Yaşayış sahələrində çəkiliş üçün adətən 0,75; 1; 0,5; 2,5 və 4mm² en kəsiyi olan mis damarlı, 2,5; 4; 6mm² en kəsiyi olan alüminium naqillərdən istifadə olunur. Marka üzərindəki hərflərin mənası: A- alüminium damar, Q-əyilən, L-laklanmış, H- nayrit, P- rezin , B- polivinilxlorid, P-yastı ayırıcı çökəkliyi olan, Pc- yastı ayrıcı çökəkliyi olmayan. Hərflərdən sonraki rəqəmlər naqilin nominal işçi gərginliyini göstərir. Naqillərin bütün parametrləri DÜİST-lə tənzimlənir.
Armatur naqilləri. Işıqlandırıcı armaturların cərəyanla doldurulması üçün istifadə olunur. Cərəyan daşıyan damarları məftilin müxtəlif növlərindən , izoləsi silisiumüzvi rezinli, polivinilxloridli materiallardan hazırlanır.
Müdafiə örtüyü qismində şüşə lifi və ya lavsandan istifadə olunur. Bu növ naqillər qızmaya davamlı olmalı, 85-100ºC temperatura dözməlidir.
Məişət elektrik maşın və cihazlar üçün birləşdirici məftillər. Müxtəlif növ elektrik məişət maşınlarının, cihazların, radioapparaturanın, televizorların və digər qurğuların ətraf mühitin temperaturunun 15ºC dərəcədən 40ºC dərəcəyədək olması şərti ilə 380-660V dəyişən cərəyanlı elektrik şəbəkəsinə qoşulması üçün nəzərdə tutulub.
Məftillər (şnurlar) en kəsiyi 0,2-4mm² olmaqla 2,3 və ya 4 damarlı istehsal olunur. Məftillərin cərəyan daşıyan damarları II, III, IV növə uyğun yandırılmış misdən burulur. Damarlar rezin, polietilen, polivinilxlorid plastik kütlə ilə izolə olunurlar. Izolə edilmiş damarlar burulur və yaxud paralel düzülür. Əyilməsini yüksəltmək üçün ikinci damar birinci damara nisbətən konsentrik yerləşdirilir. Məişət elektrik cihazları üçün birləşdirici məftillər adi, ölçüyə uyğun kəsiklərdə, xüsusi; armirə edilmiş hazırlanıb satışa buraxılır. Məftilin sonunda rezin və ya polivinixlorid, konus formalı boru olmalıdır. Məftillər rozetka kontaktları və ştepsel çəngəlinin rezin və ya polivinilxlorid qütbə ilə preslənməsi vasitəsilə xüsusi formaya salına bilər (armirə edilir).
Məftillərin markalanması aşağıdakı elementlərdən ibarət olur:
Ş-(şnur) məftil; P- paralel damarlarla; K-konsentrik damarla; O-toxunması pambıq sapdan; T-istiyədavamlı; c- işıqlandırıcı lampalar üçün məftillər. V,Q,R, T, TS, XL hərrfləri ilə naqillərdə olan əlamətlər məftillərə də şamil edilir. Xüsusi formada məftillərin sonluğuna isə defisdən sonra : B- çəngəl ilə birləşdirilmiş; A-çəngəl və rozetka ilə birləşdirilmiş; P1 və P2- bir və ya iki tərəfdən ayrılmış kəsik. Rezin və ya polivilxloridlə preslənmiş xüsusi məftillərə markalanma zamanı defisdən sonra VP, AP, UP əlavə edilir.
Naqil və məftil dəstləri. Sənaye kabel məhsullarının tullantılarından naqil və məftil dəstləri istehsal edir. Onlar məişət təsərrüfat məqsədləri üçün nəzərdə tutulub. Belə dəstlərin tərkibinə müxtəlif markalı və ölçülü məftillər , izolentlər daxil edilir. Hər dəstə nömrə verilir.
Naqil və kabellərin seçilməsi. Elektrik şəbəkəsi bir çox texniki-iqtisadi tələblərə cavab verməlidir, bunlardan əsaslarını qeyd edək. Insanların həyatı və sağlamlığı üçün təhlükəsiz, yanğın təhlükəsizliyi, elektrik təhcizatının etibarlılığı, elektrik enerjisinin yüksək keyfiyyəti( hər şeydən əvvəl şəbəkədəki gərginliyin dəyişməsi elektrik cihazların gərginlik nominalı çərçivəsindən kənara çıxmamalıdır) yüksək səmərəli ( mümkün qədər az maddi istismar xərcləri).
Bu və digər tələblərin yerinə yetirilməsi üçün cihazlar, materiallar, naqillər və kabellərin düzgün seçilməsi, inşaat hissəsi və quraşdırmanın yüksək keyfiyyəti bütün texniki istismar qaydalarına riayət olunması nəticəsində təmin olunur.
Dostları ilə paylaş: |