Sellüloz (C6H10O5) hüceyrə qılaflarının əsas maddəsini təşkil edir. Sellüloz polisaxaridlərə aid olmaqla, hidroliz yolu ilə şəkərli maddələrə, çaxır spirtinə və yeyinti mayasına çevrilir. İynəyarpaq cinsli ağaclarda sellülozun miqdarı 50%-ə, enliyarpaqlı ağaclarda isə 44%-ə qədərdir.
Hemisellüloz. Hemisellüloz pentozanlardan (C5H10O6) ibarətdir. Tərkib etibarilə hemisellüloz sellüloza yaxın olmaqla, kimyəvi cəhətdən nisbətən davamsızdır. Pentozanlar qıcqırmaq qabiliyyətinə malik olmaqla, etil spirtinin hazırlanması üçün tətbiq edilir; heksozanlar isə qıcqırmır. Pentozanlar 12%-li xlorid turşusu ilə birlikdə qaynadılanda pentozanlar furfurollar əmələ gəlir ki, bunlardan da plastik kütlələr və boyaq istehsalında istifadə edilir.
Liqnin. Liqnin maddəsi iynəyarpaqlı ağacların tərkibində 26-29%, enliyarpaqlı ağaclarda isə 19-26%-dir. Kimyəvi tərkibcə liqnin karbonun çox olması ilə sellülozdan fərqlənir.
Liqnini kimyəvi tərkibi mürəkkəb olmaqla, müxtəlif düsturlarla ifadə edilir ki, bu düsturların hamısı üçün metoksil qrupu (OcH2) xarakterikdir.
Liqnin kimyəvi cəhətdən dayanıqsızdır, kükürd turşusunun təsiri altında məhlul şəklinə düşür, habelə isti qələvi-oksidləşdiricilərin və kalloidlərin təsirinə asanlıqla məruz qalır ki, bu da texniki sellüloid istehsalının əsasını təşkil edir. Liqnini kənar edilmiş ağac texniki sellüloz əmələ gətirir. Liqnin fenollarla asanlıqla boyanır. Liqnin kağıza mənfi təsir göstərir; kağızın tərkibində liqninin olub-olmaması fenol vasitəsi ilə müəyyən edilir.
Liqnindən quru distillə ilə metil (ağac) spirti istehsal edilir. Liqnin habelə plastik kütlələrin istehsalı üçün də xammal kimi işlənə bilər.
Dostları ilə paylaş: |