2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Ağacın parıltısı. Ağacın parıltısı onun bərkliyindən və özək şüalarının miqdarından, ölçüsündən və yerləşməsindən asılıdır. Bərk ağac, bir qayda olaraq çox parıldayır. Özək şüaları iri və yaxşı inkişaf etmiş ağacların (palıd, fısdıq, ağcaqayın) radial kəsiyində parlaq ləkələr və alovabənzər zolaqlar halında olur ki, bunlar da ağaca xüsusi dekorativ yaraşıq verir. Ağac çürüyəndə parıltısını itirir. Çox parıldayan ağac mebel istehsalında, musiqi alətləri və bədii əhəmiyyətli məmulatlar istehsalında yüksək qiymətlidir.