Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə219/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   215   216   217   218   219   220   221   222   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Tekstura. İllik qatqatların, liflərin, özək şüalarının, yatmış tumurcuqların (gözcüklərin) və digər elementlərin müxtılif bucaqlar altında kəsilməsi nəticəsində ağacın səthində əmələ gələn şəkillərə tekstura deyilir. Teksturanın zənginliyi və dekorativliyi təkcə ağacın cinsindən deyil, ağac elementlərinin kəsilmə bucaqlarından da asılıdır; ağacın kəsiyinə nə qədər element çox düşərsə və kəsmə bucaqları nə qədər müxtəlif olarsa, teksturası da bir oqədər zəngin olar. Radial kəsikdə adətən lent teksturası əmələ gəlir, tangensial kəsikdə tekstura getdikcə konusa bənzəyir, en kəsiyində isə tekstura konsentrik dairələr şəklində olur. Ağac yan istiqamətində kəsiləndə və konusvari soyulanda tekstura daha zəngin olur. Lifləri dalğavari yaxud dolaşıq yerləşən ağacın teksturası daha zəngin və daha dekorativ olur. Tekstura ağacın zahiri görünüşünü bəzəkli edir. Belə teksturalı ağac, xüsusən mebel istehsalında yüksək qiymətləndirilir. Tekstura ağacın cinsini tanımağa kömək edir. Ağacın teksturası zəngin (qoz, çinar, Kareliya tozağacı), aydın (palıd, göyrüş, fısdıq, şam, qaraşam, küknar) , az aydın (adi tozağacı, qızılağac), bəzən isə (ağcaqovaq, cökə, şümşad ağacı) tamamilə teksturasız olur. Ağacın quruluşu hər yerində bərabər olduqda, teksturası da sadə olur. Qoz və qarağacda fır (ağac şişi) çox olduqca, habelə ağacda yatmış tumurcuqlar çox olduqca (ağcaqayın – “quşgözü”, qovaq) tekstura zəngin olub dekorativ xarakter daşıyır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin