Ağacın rəngi. Ağ rəngdən tutmuş qara rəngə qədər çox müxtəlif rənglərdə ağaclara rast gəlmək olur. Cənub ağac cinsləri adətən şimal ağac cinslərindən tünd olur. İntensiv rəngə malik ağac (məsələn, qırmızı ağac, qoz ağacı və s.) mebel istehsalında və musiqi alətləri istehsalında yüksək qiymətlənir. Hər ağac cinsinin özünəməxsus təbii rəngi vardır ki, bununla ağac cinsləri bir-birindən seçilir. Ağacın təbii rənginin dəyişilməsi onun çürüməsini, xarab olmasını və keyfiyyətinin aşağı düşməsini göstərir. Ağacın rəngini səthdən və dərindən boyamaq yolu ilə asanlıqla dəyişmək olar.