Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə220/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   216   217   218   219   220   221   222   223   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Ağacın qoxusu. Tərkibində qatran, efir yağı, aşılayici turşular olan ağac xarakterik qoxuya malikdir. Məsələn, sağlam şam ağacı – skipidar iyi, palıd ağacı – tanin iyi, ardıc ağacı isə istiot iyi verir. Ağac çürüdükdə onun qoxusu dəyişilir və ondan çürüntü qoxusu gəlir. Ətirli məhsullar üçün tara hazırlanan zaman ağacın bu cəhəti nəzərdə tutulmalıdır. Məsələn, çay üçün şam ağacından yeşik hazırlamaq olmaz.

Yaş ağacda çoxlu su olur. Burada suyun miqdarı quru ağacın çəkisinə nisbətən 35-120% təşkil edir. Su ən çox ağacın üst oduncaq hissəsində, ən az isə nüvə hissəsində olur. Ağac suya batırıldıqda (məsələn, çayda axıdılanda) ağacın nəmliyi artır və 200%-ə qədər çatır. Ağacda su sərbəst, hiqroskopik və kimyəvi birləşmiş halda olur.

Daimi çəkiyə qədər qurudulan ağaca mütləq quru ağac deyilir. Yaş ağacın nəmliyi (W) faizlə ifadə edilir və bu faiz suyun çəkisinin mütləq quru ağacın çəkisinə nisbətini göstərir.

Materiallarda və məmulatlarda ağacın nəmliyinin tez tapılması üçün elektrik nəmlikölçən adlanan cihazdan istifadə edilir. Bu cihaz quru və yaş ağacların müxtəlif tərzdə elektrik keçiricilik qabiliyyətinə əsaslanmışdır. Elektrik nəmlikölçəninin göstərişi yalnız 5-25% nəmlikdə olan ağaclar üçün dəqiq sayılır.

Ağacın istismar prosesində ölçüsünü və formasını dəyişməyən vəziyyətindəki nəmliyinə müvazinət yaxud istismar nəmliyi deyilir. Məmulatın təyinatına görə bu nəmlik bayır qapıları və pəncərə çərçivələri üçün 18%, daxili qapılar üçün 12%, mebel üçün 8-10% və s. müəyyən edilmişdir. Nəmliyi artıq olan ağacdan hazırlanmış məmulat istismar prosesində əyilir və çatlayır.

Xarrat məmulatında ağacın qurumasına, şişməsinə, əyilməsinə və çatlamasına yol vermək olmaz, ona görə də məmulat istismar nəmliyinə qədər qurudulmuş ağacdan hazırlanmalı və müvafiq şəraitdə saxlanılmalıdır.

Buna görə də ekspertlər, ilk növbədə ağacda olan nəmliyi müəyyən etmək qabiliyyətinə malik olmalıdırlar.



Mütləq nəmlik. Bunu tapmaq üçün oduncaqdan nümunə hazırlayıb ilk dəfə nəm halda çəkirlər. Sonra həmin nümunə laboratoriya şkaflarında sabit çəki alınana qədər qurudulur. Quru nümunə yenidən çəkilir, beləliklə də buxarlanmış suyun çəkisi tapılır. Bunu misal ilə aydınlaşdıraq. Fərz edək ki, nəmliyini öyrənmək istədiyimiz nümunənin yaş halda çəkisi P1= 500q, qurudulduqdan sonrakı çəkisi P2= 450 q-dır. Mütləq nəmliyi W ilə işarə etsək, onda:

W = P1- P2 / P2 •100 = 500-450/450 •100 = 11,11 % olacaqdır.



Nisbi nəmlik. Bunu tapmaq üçün yenə də oduncaq nümunə hazırlayıb, yaş halda çəkirlər. Sonra nümunə qurudulur və qurudulmada buxarlanan suyun çəkisi tapılır. Buxarlanan suyun nümunənin yaş halda çəkisinə olan nisbətinə nisbi nəmlik deyilir. Bu, Wn il’ işarələnir:

Wn=R1-R2/R1•100

Burada P1- nümunənin yaş halda çəkisi;

P2-qurudulduqdan sonra çəkisi;

100- cavabı faizə çevirmək üçündür.

Nəmlik dərəcəsindən asılı olaraq, ağaclar aşağıdakı qruplara bölünür:

a) nəmlik sıfra bərabər olan – tam quru;

b) nəmliyi 8-13% - otaqda qurudulmuş;

v) nəmliyi 15-20% olan –havada qurudulmuş;

q) nəmliyi 20-25% olan ağaclar ;

ğ) nəmliyi 35-120% olan təzə kəsilmiş ağaclar;

d) sudan doymuş yaş ağaclar.

Əmtəəşünaslar və ekspertlər üçün ölkədə və xaricdə istehsal olunan mebel materiallarının da nəmliyinin mühüm əhəmiyyəti var.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin