Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə228/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   224   225   226   227   228   229   230   231   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Ağacın qurudulması. Ağac anbarlarda, quruducu kameralarda, mayelər və yüksıktezlikli cərəyanlar vasitəsilə istismar nəmliyinə qədər qurudulur.

Ağacın anbarlarda qurudulması uzun müddət tələb edir, həm də bu anbarlar düzgün planlaşdırılmalı, taxta-şalban materialları burada düzgün yığılmalı və anbar sahəsi və tikililərin sanitar vəziyyəti üzərində daima nəzarət aparılmalıdır. Bu üsula havada qurutma, yaxud təbii qurutma üsulu deyilir. Bu üsul inşaat, yaxud dülgər materiallarının 15-17% nəmliyə qədər qurudulması üçün tətbiq edilir.

Ağacın kamerada qurudulması üsulu ağac emalı müəssisələrində geniş yayılmışdır. Quruducu kamerada ağacın bərabər qaydada və tez quruması üçün, yəni havanın cərəyanının hərəkət sürətinin nizamlanmsı üçün lazımi şərait yaradılır. Ağacın çatlamaqdan və əyilməkdən mühafizə edilməsi üçün quruducu kamerada onu qabaqca nəmlə doydurulmuş qızğın havada qızdırırlar (buxara verirlər). Kamerada qurudulan ağacın keyfiyyətinin yüksək səviyyədə saxlanması üçün cinsinə, qalınlığına və təyinatına görəhər ağaca aid müvafiq rejimə riayət olunmalıdır.

Yüksəktezlikli elektrik cərəyanı vasitəsi ilə ağac qurutmaq üsulu ağac qurudulması işini xeyli sürətləndirir. Məsələn, tozağacı kamerada 15 günə quruduğu halda, yüksəktezlikli elektrik cərəyanı vasitəsi ilə 35 dəqiqəyə, yəni 600 dəfə tez quruyur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, yüksəktezlikli lampalı generatorlardan (məsələn, QS-48 markalı) qidalanan metal şəbəkədən ibarət elektrod arasında yerləşdirilmiş ağac çox tez və bir bərabərlikdə qızır; bunun səthində nəmliyin buxarlanması nəticəsində temperatur həmişə içəri zonadakı temperaturdan aşağı olur. Ağacın tərkibindəki nəmlik həmişə istidən soyuğa tərəf hərəkət edir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin