Baki – 2020 Mövzu Yumurta


Mebelin növləri və ekspertizası



Yüklə 0,9 Mb.
səhifə236/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   232   233   234   235   236   237   238   239   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

5. Mebelin növləri və ekspertizası
Müasir mebel çox müxtəlif növlərdə və çeşidlərdə buraxılır. Mebel əsas etibarı ilə istehsal əlamətlərinə görə siniflərə bölünür ki, aşağıdakı izahat da həmin bu əlamətlərə uyğun qurulmuşdur.

Xarrat mebeli. Xarrat mebeli dedikdə, ağac materiallardan və fanerdən hazırlanmış mebel məmulatı təsəvvür edilir; burada əymə detallar, yaylar və onları əvəz edən yarımfabrikatlar (məsaməli plastkütlə, məsaməli rezin) tətbiq edilmir. Xarrat mebeli istehsalı miqyasca bütün digər mebel növləri istehsalından (yumşaq, əymə, hörmə) çoxdur. Xarrat mebeli fanerlənmiş, yəni üzünə, nazik qiymətli, cins və bərk ağac qatı çəkilmiş (faner üzlük çəkilmiş) şəkildə və massiv şəkildə yumşaq ağac cinslərindən yaxud tozağacından, əla və birinci sinif massiv mebel bərk ağac cinslərindən (palıd, fısdıq və s.), ikinci sinif massiv mebel isə tozağacından yaxud iynəyarpaqlı ağaclardan hazırlanır. Xarrat mebelinə sərf edilən ağacın nəmliyi 10%-dən artıq olmamalıdır.

Xarrat mebelin istehsal prosesi aşağıdakı əməliyyatlara bölünür:

1. Taxatanın, xarrat lövhələrinin və fanerin kəsilməsi və diskli yaxud lentli mişar vasitəsi ilə bunlardan pəstah hazırlanması;

2. Rəndələmə və yonma dəzgahlarında ilk emaldan keçirilməklə pəstahın əyintidən azad edilməsi və lazımi qalınlığa salınması;

3. Pəstahın yapışdırılıb lövhələr və bloklar şəklinə salınması, sonra isə rəndələnməsi, yonulması və doğranması;

4. Pəstahın üzünə faner çəkilməsi, yəni təkqat və yonulmuş fanerdən köynək yapışdırılması;

5. Pəstahın mişar, oyuncaq, frezer, dövrləmə və cila dəzgahlarında lazımi ölçüyə, formaya və hamar şəklə gətirilməsi, yəni detallar şəklinə salınması;

6. Detalların qovşaqlara yığılması, tərtibə salınması və sonra məmulatın quraşdırılması;

7. Mebelin bəzədilməsi.

Məmualtın növündən və konstruksiyasından, habelə materialın növündən asılı olaraq, yuxarıdakı proseslər tamamilə və ya qismən yerinə yetirilir. Məsələn, massiv stul istehsalında yapışdırma və fanerləmə əməliyyatı, kənardan daxil olmuş pəstahdan hazırlanan mebel istehsalında isə kəsib-biçmə əməliyyatı yoxdur. Xarrat mebelinin hazırlanmasında proses mərhələlərinin ardıcıllığı da müxtəlif ola bilər. Məsələn, ağac ya biçilib kəsiləndən qabaq, ya da sonra qurudula bilər, habelə bəzək əməliyyatı ya mebelin quraşdırılmasından qabaq, ya da sonra aparılır. Mebelə sərf edilən ağac pəstahlar sonradan əyilməsin və çatlamasın deyə, biçilib kəsilməzdən qabaq qurudulmalıdır.

Xarrat mebelinin çeşidləri. Xarrat mebeli aşağıdakı qruplara bölünür:

1. Oturacaq mebeli;

2. Stollar;

3. Şkaf mebeli;

4. Çarpayılar;

5. Kombinəedilmiş mebel;

6. Uşaq mebeli;

7. Mətbəx mebeli;

8. Xüsusi təyinatlı mebel ( məktəb mebeli, mağaza mebeli və s.)

Oturmaq üçün mebel. Oturmaq üçün xarrat mebelinə bərk, yarımbərk və yarımyumşaq stullar, kreslolar, divanlar, kuşetkalar, banketkalar və kətillər daxil olur. Yarəmbərk və yarımyumşaq mebelin oturacağına və arxasına parça yaxud meşinəoxşar material çəkilir və bunların da altından pambıq qoyulur, lakin yarımbərk mebeldə pambıq bərk oturacağa, yarımyumşaq mebeldə isə elastik oturacağa ( çox zaman kobud parçanın üstündən ) salınır.

Oturmaq üçün mebelin konstruksiyası cürbəcürdür: xörək otağı stullarını ( adətən bərk) bərk yaxud oturacağı bərk, arxası yarımbərk kontor stullarını, yarımyumşaq konstruksiyalı qonaq otağı stullarını göstərmək olar. Xarrat kresloları və divanlarının, adətən oturacağı yarımbərk və bəzən isə arxası da yarımbərk olur. Xarrat banketkalarının oturacığını yarımbərk olur və bunlara yarımbərk dirsəkaltılar qoyulur.

Stollar. Xarrat stolları çeşidinə yemək stolu, yazı, jurnal, qonaq, restoran, uşaq, radio, kompüter stolu, mətbəx stolları və s. daxil olur.

Yemək stolları. Yemək stollarının üstü kvadrat yaxud girdə olur. Bunlar bütöv. Açılan-yığılan və massiv lövhəli yaxud içiboş konstruksiyalı hazırlanır. Açılıb-yığılan stolların içində əlavə üst lövhələri olur, yemək stolları fanerlənmişi iynəyarpaqlı ağac cinslərindən hazırlanır. Stolların üstü üçün xarrat lövhələri, mebel lövhələri və yapışdırılmış faner tətbiq edilir. Yemək stollarının ayaqları kvadrat, profillənmiş, düzbucaqlı yaxud yonma konstruksiyalı, bunların sarqaları paralel ya da çarpaz olur, girdə stolların sarqaları isə fanerlənir.

Yazı stolu. Yazı stolları tumbasız, birtumbalı və ikitumbalı, stolaltlıqlı və stolaltlıqsız istesal edilir. Stolaltlıqda 2-3 yeşik, tumbalarda isə yarımyeşikli qapılar, qəfəslər yaxud yeşiklər olur, yazı stolları lövhə və ya çərçivəli şəkildə istehsal edilir. Bunların üstünə lak vurulur, pardaqlanır yaxud dermantin, mahut və tekstovinit çəkilir. Iynəyarpaqlı ağaclardan hazırlanan yazı stolları fanerlənir. Tumbasız tozağacından olan yazı stolları fanersiz də buraxılır. Tumbalı yazı stolları quraşdırma konstruksiyalı olur.

Jurnal stolu və qonaq otağı ( divanqabağı ) stolu. Bu stollar massiv və profillənmiş ayaqlı, altlıqsız, fanerlənmiş girdə üstlü, qəfəsəli və ayaqlıqlı istehsal edilir.

Restoran stolları. Restoran stolları paralel yaxud çarpaz şəkildə sarqalı, ayaqlıqlı, üstü faneritlə yaxud tekstovinitlə bəzədilmiş buraxılır.

Uşaq stolları. Uşaq stolları fanersiz, girdə yaxud kvadrat üstlü, lövhəli yaxud çərçivəli konstruksiyalı olur. Bunlar lak yaxud minalı boya vasitəsi ilə bəzədilir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin