Bloklar. Bloklar, adətən bir neçə taxtadan yapışdırılmış tirlərdən ibarət olur. Qalınlığı 50 mm-dən çox olan bütün tirlər yapışdırılmış şəkildə hazırlanmalıdır, çünki bunlar tez çatlayır və əyilir. Xüsusən yonma ayaq detallarına yaxud sütunlara sərf edilən tirlər mütləq yapışdırılmalıdır.
Çərçivələr. Çərçivə dedikdə, çox vaxt düzbucaq şəklində, bəzən isə başqa formada olan bir neçə (ən azı üç) tirdən birləşdirilmiş qovşaq təsəvvür edilir. Çərçivələr qapalı ( məsələn, qapı və yarımçıq (stulun sarqası üstündə iki qabaq ayaqları), habelə açıq (etajerkanın yanı) və qapalı xonçalı ( qapı), yaxud faner taxılmış ( şkafın arxa lövhəsi) olur.
Xarrat məmulatının bütün çərçivələri yapışqan vasitəsilə zıvanalara bərkidilir. Çərçivələr tır vəziyyətində olduğu zaman yaxud da quraşdırıldıqdan sonra ( məsələn, güzgülü çərçivə ) fanerlənir. Yığılmış çərçivələrin fanerlənməsi daha çox əmək tələb edir. Uclar çərçivənin üzünə çıxmasın deyə, gizli zıvana şəklində bərkidilir, lakin bu həm çox əmək tələb edir, həm də davamsız olur. Çərçivələrin boşluğuna xonça, şüşə yaxud güzgü yerləşdirdikdə,bunları qabaqcadan çərçivədə yaradılan zivanalar vasitəsi ilə bərkitmək lazım gəlir. Belə olduqda xonça detalları çərçivə yığılan zaman bərkidilir.
Qutular. Böyrü üstündə qoyulan taxtalardan birləşdirilmiş çərçivələrə qutu deyilir. Mebelin aşağı qutuları plintuslu qutu adlanır və bunlar adətən ayaqlara bərkidilir; yuxarı qutulara isə kolpaq deyilir. Içərisinə yeşik yerləşdirilən qutular yeşikli qutu adlanır. Qutular da çərçivələr kimi künclərinin konstruksiyasında asılı olaraq ya detal halında, ya da quraşdırıldıqdan sonra fanerlənir. Qutu ikitərəfli zivanlarla birləşdikdə yaxud küncləri yuvarlaşdıqda, ucları örtən küncləri yapışdırmaq,yəni qutu quraşdırıldıqdan sonra onu fanerləmək lazım gəlir. Geydirmə ayaqlar ya bilavasitə qutuların divarlarına ya da çıxıntısına bərkidilir. Qutuların üstü kərtiklərə yapışdırılmış faner qapaqla örtülür.
Yeşiklər. Mebel yeşiklərinin yan divarları qabaq divarına yarımgizli pəncəli zivana vasitəsilə, dal divarına isə üz-üzə bərkidilir. Yeşiyin dibi yapışdırılmış fanerdən hazırlanır və adətən, yan və qabaq divarlarda açılan tərkitlərə salınır. Yeşiyin qabaq divarı arxa divarından enli və qalın, bəzən isə uzun olur ki, yeşik tamamilə örtülə bilsin və qıfıllansın. Yeşin adətən, yalnız qabaq divarı fanerlənir.
Əymə detallar. Əymə detallar massiv ( bütöv) fanerdən açıq və qapalı olur. Qapalı massiv əymə detallara misal olaraq əymə stulun sarqasını; qapalı əymə-yapışdırma detallara oval yaxud girdə stolun sarqasını; açıq massiv detallara- əymə stulun dal ayağını; faner detallara isə əymə stulun arxasını misal göstərmək olar, əymə detalların hazırlanması üçün yüksək keyfiyyətli ağac və buxarda yumşaldılmış xüsusi əymə avadanlıq və əndazələr işlədilir. Mebel konstruksiyalarında uzun massiv əymə detalların tətbiqindən qaçmaq lazımdır, çünki 1,3 m- dən ölçülü nöqsansız ağac pəstah əldə etmək çətindir. Açıq konturlu detalların əyilməsi qapalı konturlu detalların əyilməsindən asandır. Əymə-yapışdırma faner detalları pəstah şəklində faner zavodlarından almaq, qapalı detalları isə faner borulardan kəsmək məqsədə uyğundur.
Mişarlanmış əymə detalların tətbiqi mebel konstruksiyalarını xeyli sadələşdirir; bu zaman həm ağaca, həm də əməyə qənaət olur. Belə detallar hazırlamağın əməmiyyəti odur ki, əyilən yerlərdə qalın terlər uzununa istiqamətdə nazik ( ən çox 3mm qalınlıqda) taxtalara ayrılır, sonra isə taxtaların aralarına tək qat faner lövhəciklər yerləşdirilib qatlanır.
Dostları ilə paylaş: |