3. Mebelin istehsal mərhələləri və bu zaman yarana bilən nöqsanlar, onların keyfiyyətə təsiri
Mebel istehsalında qovşaqların normalaşdırılması və bir-birini əvəz etməsi olduqca böyük əhəmiyyətə malikdir. Məsələn layihələrdən birinə görə 15 normalaşdırılmış lövhədən və standart yeşiklərin 3 nümunəvi ölçülərindən 52 cür müxtəlif mebel məmulatı hazırlana bilər. Məhdud miqdarda nümunəvi ölçüyə malik qovşaqların tətbiqi tamamilə mexanikləşdirilmiş müəssisələrdə bu qovşaqların kütləvi miqdarda hazırlanmasına imkan verir.
Mebel istehsalında yarımfabrikatların tətbiqi də az əhəmiyyətə malik deyil. Məsələn, faner zavodları şəraitində əymə-yapışdırma detalların və yarımfabrikatların hazırlanması ağac sərfinin xeyli azaldılmasına, fısdıq əvəzinə tozağacında istifadə edilməsinə, mebel konstruksiyasının sadələşdirilməsinə yardım edir, mebelin keyfiyyətinin yüksəldilməsi ilə bərabər əmək sərfini azaldır və maya dəyərinin xeyli aşağı salınmasına imkan verir. Mebel istehsalında emalın dəqiqliyi və emal rejiminə riayət olunması olduqca böyük əhəmiyyət kəsb edir. Ona görə burada mebel istehsalının bütün mərhələlərində texniki nəzarət təmin edilir.
Mebel istehsalında quraşdırılma ilə əlaqədar işlərə də çoxlu əmək sərf olunur. Burada, adətən , mebel qabaqca tamamilə yığılır və sonra bəzədilir. Detallar və qovşaqlar dəqiq ölçülər üzrə hazırlandığı və bəzək işləri yığılana qədər aparıldığı hallarda, son quraşdırma işləri ilə məşğul olan sexə ehtiyac qalmır, çünki bu əməliyyat ticarət şəbəkəsində yaxud istehlakçının evində icra edilə bilər. Detalların və qovşaqların bəzədilməsi daha asanlıqla mexanikləşdirilə bilər və bunların keyfiyyəti, bir qayda olaraq yığılmış məmulatın bəzəyindən daha yüksək olur. Qabaqcıl mebel fabriklərində indi detal hazırlanması üçün avtomatik axınabənzər metodlardan, yığan və bəzəyən konveyerlərdən, habelə mebel lövhələri üçün ağac yonqarından və ağac kəpəyindən istifadə edilir; fanerləməni pərdəli və maye yapışqanla başa çatır, bəzək işləri detallarda və qovşaqlarda aparılır, bütün emal prosesləri üzrə optimal rejim tətbiq edilir, materialın və emalın keyfiyyətini laboratoriya üsuli ilə yoxlayır və ölçü dəqiqliyinin nəzarətini son kalibrlər üzrə aparırlar.
Mebelin istehsal üsulları onun keyfiyyət və qiymətinə kəskin təsir göstərir. Ən yüksək keyfiyyətli və ucuz sayılan mebel kütləvi və iriseriyalı mexanikləşdirilmiş axınabənzər istehsal üsuli ilə buraxılanlardır. Xırda serialı və ədədi mebel yalnız çoxlu əmək sərfi bahasına yüksək keyfiyyətli ola bilər.
Dostları ilə paylaş: |