Lövhələr ( sipərlər ). Müasir mebeldə lövhələr əsas konstruksiya elementi sayılır. Lövhələr yan və daxili divar, qapaq və qapı şəklində tətbiq edilir. Bunun üçün ya verilmiş ölçülər üzrə hazırlanmış və içinə qırıntı materialları doldurulmuş mebel lövhələrindən, ya da faner taxtalarında istifadə olunur. Lövhə uclarının detalın üzünə çıxan yerlərində onu ucluluqla örtür, yapışdırmaqla yaxud massiv ağacla örtməklə gizlədirlər. lövhələr bir-birinə və qonşu detallara, adətən, ağac silindrlər vasitəsilə , xarrat lövhələri isə çox zaman zinava vasitəsilə birləşdirilir ki, bu da daha davamlıdır. Lövhələrin ensiz kənarları massiv yapışdırmalar yaxud taxta parçaları vasitəsi ilə bəzədilir.
Yumşaq oturacaqlar və yatacaqlar. Bu elementlər adətən içi yaylı qutulardan, yaxud çərçivələrdən ibarət olur. Yayların altına cod parça, məftil tor, yaxud parça lentləri qoyulur. Yayların üstünə isə kisə parçası örtülür və sonra pambıq, yaxud tük tökülüb mebel parçasından və ya meşinə oxşar mmaterialdan üzlük çəkilir.
Gövdə. Mebel məmulatının gövdəsi çərçivələrin, qutuların,və lövhələrin birləşdirilməsi yolu ilə yaradılır. Iri ölçülü məmulatları ( şkaf) gövdələri yapışqansız, çivilər, metal qarmaqlar və şruplar vasitəsilə yığılıb bərkidilən hissələrdən düzəldilir. Xırda məmulatların (stul, kreslo) gövdəsi isə zivana yapışqanla yığılıb bərkidilir. Gövdənin quraşdırılmasından qabaq daxili daimi detallar bərkidilməlidir. Gövdə yığıldıqdan sonra onun içinə daxili daimi detallar ( qəfəslər, yeşiklər, yumşaq arxa detalları, oturacaqlar vəs.) yerləşdirilir və bundan sonra arxa lövhələr və qapılar bərkidilir.
Üzlük detallar. Üzlük detallara plintuslar, çevrələr, pilyastrlar, ştapiklər və digər profillənmiş nazik tirlər daxildir. Bunlar daimi olaraq yapışqanla yaxud şrupla məmulat quraşdırılan zaman onun qovşaqlarına ( lövhələrə, qutulara və s.) bərkidilir.
Dostları ilə paylaş: |