Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə229/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   225   226   227   228   229   230   231   232   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Sabit örtüklər çəkilməsi. Uzun müddət istismar edilməsi ağac məmulatın səthinə ağacı atmosfer rütubətindən qoruyan lak-boya örtüyü çəkilir ki, bununla da ağac məmulat çatlamaqdan, əyilməkdən və çürüməkdən qorunur.

Hopdurma. Ağacın dağılmasının qarşısını almaq məqsədilə hopdurma üsulundan dəmir yolu şpalları istehsalında geniş istifadə edilir. Hopdurucu maddələrin tərkibində ağacı çürüməkdən qoruyan antiseptiklər və ziyanvericiləri məhv edən zəhərlər vardır; bu maddələr, adətən, xüsusi qazanlarda (avtoklavlarda) təzyiq altında ağaca yeridilir. Ağaca bu üsul ilə şirə hərəkəti dövründə də odadavamlı maddələr və hətta ağaca daş xassəsi verən maye silikat da hopdurmaq olar.

Qaza vermək. Ağacın qaza verilməsi üsulu zədələnmiş ağacın içindəki ziyanvericilərin sürfələrinin məhv edilməsi üçün tətbiq edilir. Burada taxta-şalban materiallar yaxud ağac məmulatlar ( məsələn, qurd yemiş mebel) hermetik qapalı qaz kamerasına yerləşdirilir və orada müəyyən müddət zəhərli buxar (xlorpikrin və s.) təsiri altında saxlanılır.

Dondurma üsulu. Ağacın çürüməkdən və çatlamaqdan qorunması üçün hörmə məmulat hazırlayan faner zavodlarında və müəssisələrində dondurma üsulu tətbiq edilir. Qışda yaxud payızda tədarük edilən ağac qarın altında saxlanılıb sulanır və üstünə ağac kəpəyi tökülür, sonra yay gələndə ağacın donu açılıb istehsala verilir. Dondurma üsulu ağacın keyfiyyətinin qorunması üçün ən yaxşı üsuldur.

Yuma üsulu. Ağavda küllü miqdarda tez parçalanan habelə ziyanvericiləri və parazit göbələkləri cəlb edən qidalı şəkər maddələri vardır. Bu maddələrin kənar edilməsi üçün ağac axar suda yaxud dəniz suyunda yuyulmalıdır. Yuyulmuş ağac yüngül olmaqla, tez və bir bərabərlikdə quruyur. Bu ağac çürüməyə, habelə həşərat tərəfindən zədələnməyə qarşı yuyulmamış ağacdan davamlı olur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin