Televizor, video, musiqi mərkəzi stolları. Bu stollar şkaflı (ikiqapılı) və şkafsız qəfəsəli olur. Bunlar da fanerlənir, bərk cinsli ağaclardan massiv konstruksiyalı, ya da faner ilə birlikdə şüşəli hazırlanır.
Mətbəx stolları. Mətbəx stolları iynəyarpaqlı ağaclardan hazırlanır. Bunlardan ikitağlı şkafları və yuxarıda bir yaxud iki yeşiyi olur. Bu stolların konstruksiyası çərçivəli və lövhəli, qapağı massiv, təkqat fanerli yaxud xarrat lövhəsindən , bəzəyi isə minalı boyaqlardan ibarət olur.
Kompüter stolları. Kompüter stollarında təyinatına görə klaviatura və “siçan” üçün açılıb yığılan lövhələri, prosessor üçün xüsusi yer olur.
Yuxarıda təsvir edilənlərdən başqa telefon, nərd, şahmat və digər təyinatlı stollar da hazırlanır.
Şkaf mebeli. Şkaf mebelinin çeşidinə üst və alt paltarı şkafı, kitab şkafı, bufet, komod, tumboçka və rəflər daxil olur. Şkaf mebeli iynəyarpaqlı ağaclardan olmaqla, xarrat lövhələrindən, mebel lövhələrindən, çoxqatlı fanerdən hazırlanır; dekorativ fanerdən bunlara üzlük çəkilir və şəffaf şəkildə bəzədilir.
Dostları ilə paylaş: |