5. Ağacın nöqsanları
Ağacın möhkəmliyi və zahiri görünüşü təkcə cinsindən deyil, habelə ağacdakı nöqsanlardan da xeyli asılıdır. Nöqsanlar bir qayda olaraq, ağacın keyfiyyətini, çeşidini və dəyərini aşağı salır; burada ağacın quruluşunda müşahidə edilən bəzi nöqsanlar müstəsnalıq təşkil edir, belə nöqsanlar ağaca dekorativ xassələr verir və deməli, onun dəyərini qaldırır. Ağacın nöqsanlarına düyün, çatdaq, qurd dəymiş yerlər, ağacın daxilində əmələ gələn qeyri-normal çöküntülər, ağacın quruluş nöqsanları (burun, düyün), gövdə formasının nöqsanları, çürük və qeyri-normal rənglər daxil olur.
Düyün. Düyünlər ölçüsünə görə iri və xırda; ağacda yayılma dərəcəsinə görə yapışmış, qismən yapışmış və yapışmamış; forma etibarı ilə girdə-oval, tikişli, pəncəli; bərk, buynuzvari və qatranlı olur. Düyün şox iri olduqca ağacın keyfiyyəti a.ağı düşür.
Düyünlərin ölçüsü – girdə taxata-şalban materiallarında gövdənin oxuna perpendikulyar istiqamətdə götürülən diametrindən, mişarlanmış materiallarda isə taxtanın, yaxud tirin uzununa perpendikulyar istiqamətdən müəyyənləşdirilir.
Çatdaq. Çatdaq həm canlı ağacda, həm də quruyan ağacda əmələ gəlir. Çatdağın uzunluğu, eni və dərinliyi ölçülür və mm ilə yaxud materialın uzunluğunun hissələri ilə göstərilir. Dülgər məmulatında çatdaqlara qətiyyən yol verilmir, taxta-şalban materiallarına gəldikdə isə onların çeşidindən asılı olaraq məhdud miqdarda və ölçülərdə çatdaq olmasına yol verilir.
Dostları ilə paylaş: |