Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə221/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   217   218   219   220   221   222   223   224   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Ağacın çəkisi və sıxlığı. Bütün cinslərdən olan ağac hüceyrələrinin qılaflarının xüsusi çəkisi (1,449-1,564), demək olar ki, orta hesabla 1,5-dir. Təcrübədə ağacın xüsusi çəkisindən deyil, həcm çəkisindən istifadə edilir; həcm çəkisi dedikdə, natural şəkildə ağacın həcm vahidinin çəkisi təsəvvür edilir. Bu çəki q/sm³ yaxud t/m³ ilə ifadə olunur. Müxtəlif cinsli ağacların həcm çəkisinin göstəricilərindən istifadə edilir ki, buna da şərti həcm çəkisi deyilir. Ağac sıx olduqca onun həcm çəkisi çox olur və bununla əlaqədər olaraq , onun mexaniki möhkəmliyi də yüksək olur. Tədqiqatçılar müəyyən etmişlər ki, ağacın həcm çəkisi onun nəmliyindən asılıdır. Həcm çəkisini ilə işarə edirlər:

Burada P- məsaməli həcmdəki vahid çəki;

V- məsaməli həcmdir.

Həcm çəkisinə görə bütün ağac cinsləri aşağıdakı qruplara bölünür:

- çox ağır (0,8-dən yuxarı) ağaclar- Floriadada bitən dəmir ağacı (1,42), bakaut (1,35), zoğal, şimşad ağacı, qarağac;

- ağır (0,8-0,7) ağaclar- palıd, armud, ağ akasiya;

- orta dərəcədə ağır (0,7-0,61) ağaclar- vələs, fısdıq, göyrüş, ağcaqayın, çinar,tozağacı, qaraşam, ardıc;

- orta dərəcədə yüngül (0,6-0,51) ağaclar- qarağac, şabalıd;

- yüngül (0,5-0,4) ağaclar- şam, küknar, qovaq, ağcaqovaq, cökə, qızılağac, sidr;

- çox yüngül (0,4-dən aşağı) ağaclar – ağşam, kriptomeriya.

Subtropik və tropik ölkələrdə bitən xınagül (balza) adlanan ağac xüsusilə yüngüldür (0,1-0,13); bu ağac Gürcüstanda yetişdirilir.

Ağacın sıxlığı mütləq ( müəyyən həcmdə olan ağac maddəsinin miqdarı ilə ölçülür) və nisbi (ağac maddəsinin məsaməlik dərəcəsindən asılı olaraq ölçülür) sıxlıqlara bölünür. Məsələn,armud, vələs, ağcaqayın və şimşad ağacı həm mütləq, həm də nisbi qiymətcə sıx ağaclardır, palıd və göyrüşün mütləq sıxlığı yüksək, nisbi sıxlığı isə aşağıdır, əksinə tozağacı, cökə, qızılağac və ağcaqovaq yüksək nisbi və aşağı mütləq olur.

Ağacın sıxlığı aşağı olduqca məsaməliyi çox olur.

Həcmi çəki məsamələrin həcmi (%)

0,3 81

0,5 68


0,7 55

Ağacın sıxlığı və məsaməliliyi onun səthinin emal edilməsində böyük əhəmiyyət kəsb edir. Məsələn, pardaqlanmaq üçün mütləq və nisbi sıxlığı az olan ağac daha yararlı sayılır.

Quru ağacın istilikkeçirmə əmsalı kiçikdir ( sudan 25 dəfə aşağıdır), deməli, quru ağac istini yaxşı izolə edir, bu isə mebel üçün çox qiymətli xassədir. Ən aşağı dərəcədə istilikeçirmə qabiliyyətinə malik olan ağaclar məsaməli ağaclardır, çünki bunların həcmi çəkisi azdır. Ağacın nəmliyi artdıqca istilikkeçirmə qabiliyyəti xeyli güclənir.

Qızdıran zaman ağac öz həcmini az genişləndirir.Tozağacı istilikdən həcm etibarı ilə ,dəmirə nisbətən 4 dəfə və misə nisbətən isə 7 dəfə az genişlənir. Ağac başqa materiallarla birləşdirilən zaman onun bu xassəsi nəzərə alınır. Səsin yayılma sürəti ağacda havaya nisbətən bir neçə dəfə çoxdur.

Ağacın elektrikkeçirmə qabiliyyəti onun nəmlik dərəcəsindən asılıdır. Quru ağcaqayın, göyrüş, fısdıq və albalı ağacları nisbətən yüksək izolə materialı sayılır. Havanın nəmliyi və temperaturu artdıqca ağac öz elektriki izolə etmək xassələrini itirir. Izolə materialı əvəzinə tətbiq olunan materialların elektrik təsirinə dayaqlığını artırılması və elektrikkeçirmə xassəsinin azaldılması üçün onlara yağ, lak və parafin hopdurmaq lazımdır.

Ağacın nazik qatlarından işıq şüaları keçə bilər; təkqat və üzlük faner vərəqlərinin gizli qüsurlarının müşahidə edilməsi üçün ağacın içindən işıq keçirilər. Şalban və taxtadan rentgen şüaları da keçə bilər.

Ağacın qaz keçirmək qabiliyyətindən onun rəngini dəyişmək, ammonyak və azot turşusu ilə ona antiiseptik xassə vermək və ağac ziyanvericiləri ilə (məsələn mebel qurdu ilə) mübarizə etmək üçün istifadə olunur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin