4. Naqillər və məftillər Naqillər, məftillər və kabellər. DÖST 15845-80 kabel məhsullarını konstruksiya quruluşundan asılı olaraq naqillərə, məftillərə və kabellərə bölürlər.
Naqilin sarğısı – naqilin üzərinə sap və yaxud iplikdən olan izolə qatının vintvari sarınması və yaxud hörülməsi.
Məftil – iki və daha çox yumşaq və ya xüsusi ilə yumşaq, burulmuş və ya paralel qoyulmuş damarlı (en kəsiyi 105 mm²) qeyri-metal örtüklü və qoruyucu örtüklü olur.
Kabel – böyük en kəsiyi olan izoləvi bir və ya daha çox damarlı, zirehli və qoruyucu örtüyü metal və qeyri-metal səthli olur. Bu növ kabellər yüksək gərginlikli elektrik, telefon və teleqraf xəttlərinin torpaq, hava və sualtı çəkilişləri zamanı istifadə olunur.