Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə198/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   194   195   196   197   198   199   200   201   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Deformasiya. Bu nöqsan məmulatın formasının pozulması nəticəsində əmələ gəlir. Məmulat yandırılan zaman onun düzgün yığılmaması nəticəsində deformasiya nöqsanı yaranır. Bu nöqsan çox nazik divarlı və böyük diametrli məmulatlarda rast gəlir. Bu nöqsanın ölçüsü mm və sm ilə təyin edilir.

Cadarlanma – şirə təbəqəsində xırda tor cadarlarından ibarətdir. Bu nöqsan çini saxsının və şirənin termiki genişlənmə əmsalının bir-birinə uyğun olmamasından əmələ gəlir. Cadarlanma nöqsanına icazə verilmir, belə nöqsan məmulatın xarici görünüşünü və gigiyenikliyini pisləşdirir.

Xal – məmulatın səthində tünd boz, qəhvəyi və yaxud qara rəngli nöqtələr olur. Bu nöqsan kütlədə dəmir oksidi, qara slyuda və s. qarışıqların olması nəticəsində əmələ gəlir.

Geniş yayılmış nöqsanlar. Zibil nöqsanı məmulatın səthinə kapseldən şamot hissəciklərinin düşməsi nəticəsində əmələ gəlir.

Yanıq nöqsanı – məmulatın səthində tünd boz, yaxud qəhvəyi rəngli sahə əmələ gəlir.

Şirənin axması – məmulatın ayrı-ayrı sahələrində şirə müxtəlif qalınlıqda olur.

Keçəl - məmulatın səthində şirə ilə örtülməyən yerlər olur. Buna görə də məmulat istismar zamanı tez çirklənir.

Qovuq və sızanaq – çini məmulatları yandırılarkən qaz qabarcıqlarının ayrılması nəticəsində yaranır.

Cod nöqsanı – məmulatın ayrı-ayrı sahələrinin müxtəlif nəmliyə malik olması yaxud qurutma yandırma rejiminin pozulması nəticəsində əmələ gəlir.

Oyuq – nöqsanı məmulatın səthinin qeyri-bərabər olmasından ibarətdir. Onlar şirələnmiş və şirələnməmiş olur.

Naxış nöqsanları – məmulatın xarici görünüşünə mənfi təsir edir. Buraya basmanın cırılması, boyaq və basmanın həddindən çox vaxt yanması, naxışda cırılmış yer, boyağın laylara ayrılması, boyağın pozulması daxildir.

Çini məmulatları yuxarıdakı göstərilən nöqsanlarına görə I, II və III sortlara ayrılır. Onlar keyfiyyət səviyyəsinə görə əla, birinci, ikinci kateqoriyalara ayrılır. Məmulatların keyfiyyət səviyyəsi Dövlət keramiki tədqiqat institutunun hazırladığı metodika üzrə əla (40-37 bal), yaxşı (36-32 bal) və kafi (14-12 bal) qiymətləndirilir. Bu zaman hər şeydən əvvəl məmulatın mexaniki möhkəmliyi, ağlığı, termiki davamlılığı xarici görünüşünü xarakterizə edən xassələri, naxış və formasının orijinal olması nəzərə alınır.

Əla almış məmulatlara keyfiyyət nişanı verilir. Attestasiyadan keçirilmiş məmulatlar I sort məmulatlara verilən tələblərə uyğun olmalıdır: adi məmulatın ağlığı 67%-dən, nazik divarlı məmulatda 68% və dekorativ məmulatlarda isə 65%-dən az olmamalıdır.

Dekorativ məmulatlar formasına görə 16 bal, dekoruna görə 16 bal, məmulatın emalının və bəzəyinin keyfiyyətinə görə isə 8 balla qiymətləndirilir. Bədii dekorativ məmulatlarda işıqkeçirmə böyük əhəmiyyətə malikdir.

Attestasiyadan keçirilmiş dekorativ məmulatlarda dekor 16-14 balla, forma 16-15 balla, məmulatın emalının və bəzəyinin keyfiyyəti isə 8-7 balla qiymətləndirilmişdir.

Kaşı məmulatlarında rast gələn nöqsanlar çini məmulatlarda olduğu kimidir, ancaq saxsının və şirənin bəzi nöqsanları onlara çiniyə nisbətən daha çox mənfi təsir göstərir. Belə nöqsanlara codarlanma, çökək yerlər aiddir. Kaşının məsaməliliyi 9-12%-dən çox olmalıdır. Kaşı məmulatının bədii-estetik göstəriciləri balla qiymətləndirilir.

Keramika mallarının ekspertizası. Keramika mallarının keyfiyyətinin eksperizası zamanı, münaqişəli hallarda müxtəlif laboratoriya təhlillərinə müraciət edilir. Bu zaman məmulatın fiziki-mexaniki təhlilləri aparılır.

Şirəüstü naxışların kimyəvi davamlılığının ekspertizası. Şirəüstü naxışların (boyaqların) kimyəvi davamlılığını hazır məmulatları adi temperaturda yaxud da 60-65ºS qızdırmaqla zəif turşu və ya qələvilərlə emal edərək müəyyənləşdirirlər.

Yeməkxana qablarını 4%-li sirkə turşusu yaxud 1%-li soda məhlulu, lakin çay üçün olan qabları isə 4%-li limon turşusunun məhlulu ilə emal edirlər.

Adi temperaturda məmulatları 1 saat, yaxud bir sutka müddətində, lakin qızdırdıqda isə müvafiq olaraq 5, yaxud 30 dəq. müddətində emal edilir.

Məhlula salmazdan əvvəl məmulatı distillə edilmiş suda yuyub, qurudub soyutduqdan sonra yarıya qədər 4%-li sirkə, yaxud limon turşusu məhluluna salaraq 1 saat müddətində saxlayırlar. Əgər 1 saatdan sonra şirəüstü naxış pozulursa, bu zaman məmulatı bir daha məhlulun içində 23 saat saxlayırlar. Şüşə məmulatlarında nöqsanları emal əməliyyatını sürətləndirmək məqsədi ilə 4% sirkə, yaxud limon turşusu məhlulunu, ya da 1%-li soda məhlulunu 60-65º qızdıraraq məmulatı 5 dəq. müddətinə oraya salırlar. Əgər naxış dəyişilmirsə, onda məmulatı qızdırılmış məhlul içərisində rəkrarən 25 dəq. müddətində həmin temperaturu saxlamaq şərtilə qoyurlar, sonra həmun naxışlı, lakin emal olunmamış başqa bir nümunə ilə müqayisə edirlər.

Çini məmulatların “işıq keçirməsinin” şəffaflığının qiymətləndirilməsi. Ağlıq kimi çini məmulatların işıq keçirməsi də əsas keyfiyyət göstəricilərindən biri sayılır, xüsusilə çay üçün olan qablarda.

Çininin şəffaflığı məmulatın saxsısının yetişmə dərəcəsindən asılıdır, yəni onun tərkibindəki şüşəvari fazaların miqdarından asılıdır. Ona görə də şəffaflıq dərəcəsinə ən çox təsir göstərən kütlənin tərkibi, materialların narınlıq dərəcəsi, yandırma üsulu və məmulatın saxsı qırığının qalınlığıdır.

Şəffaflığı təyin etmək üçün müxtəlif üsullar tətbiq edilir: fotometrik (nisbətən subyektiv), fotoelektrik (obyektiv) və orqanoleptik (subyektiv) üsullar.

Orqanoleptik üsulla şəffaflığın təyini. Şəffaflığı, məmulatı ötüb keçən işıqda nəzərdən keçirməklə təyin edirlər. Buna görə də onları ələ alır və işıqda nəzərdən keçirirlər. İşıqkeçirmə dərəcəsindən asılı olaraq arxa tərəfdə olan barmaqların işıq mənbəyi və onun təsiri ilə məmulatın eyni qalınlığında, çox yaxud az aydınlıqla görünür. Bu zaman işıqkeçirmə dərəcəsi tamamilə şərti olaraq “qənaətbəxş” və “qeyri-qənaətbəxş” kimi xarakterizə olunur. Qalınlığı 2,5 mm məmulat üçün barmaqların konturu aydın göründükdə işıqkeçirmə qənaətbəxş hesab olunur.

Məmulatların suçəkmə üsulu ilə məsaməliliyinin təyini. Məmulatlarda həqiqi (ümumi) və açıq məsaməliliyi fərqləndirirlər. Açıq məsaməlilik çini və kaşı məmulatında suçəkmənin miqdarı ilə müəyyən edilir. Suçəkmə qabiliyyətinə görə məsaməliliyi təyin etmək üçün adi və sürətləndirilmiş MİŞ üsulu tətbiq edilir.

Adi üsul sınağı ondan ibarətdir ki, hər qrup çini və kaşı məmulatlarından sahəsi 15-16 sm olan iki nümunə götürürlər, üz tərəfləri şirə qatından azad edirlər. 105-120ºS temperaturda 2 saat müddətində termostatda qurudurlar, 20-30 dəq. müddətində eksikatorda soyudurlar və sonra 0,01 dəqiqliklə kaşı məmulat üçün 0,001 dəqiqliklə çini məmulatı üçün çəkirlər.

Çəkilmiş nümunələri distillə suyunda 4 saat müddətində qaynadırlar sonra isə həmin suda yenə də bir sutka saxlayırlar.

Su ilə doldurulmuş nümunələri astaca nəm parça ilə silirlər və yenidən çəkirlər. Suçəkmə (B) yaxud məsaməliliyi aşağıdakı düsturla hesablayırlar:


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin