Cari tələblər həmin dövrdə satışa daxil olan mallara verilən tələbdir və bu tələblər dövri olaraq nəzərdən keçirilir və dəyişilir.
Əhalinin artmaqda olan tələbatını daha dolğun ödəmək üçün bir qayda olaraq istehsal prosesləri təkminləşdirilməli, istehsalatda daha dəqiq, məhsuldar maşınlar tətbiq edilməli və yeni xammal növləri aşkar olunmalıdır. Buna görə də keramika mallarıın keyfiyyətinə nəzarət etmək üçün perespektiv tələblər irəli sürülür. Perspektiv tələblər elmi-texniki tərəqqinin inkişafı ilə əlaqədar olaraq cari tələblər qrupuna keçir və standartlar üzrə normalaşdırılır.
Çini-kaşı məmulatların keyfiyyətinə verilən ümumi tələblər cari və perspektiv tələblərdən fərqli olaraq onun təyinatına uyğunluğunu, istifadəyə yararlılığını, insan üçün zərərsizliyini, insan orqanizminin normal həyat fəaliyyətinin təmin edilməsini, müəyyən olumluş müddət ərzində istismar zamanı davamlılığı, etibarlılığı, sadəliliyi, estetik və erqonomik tələbləri özündə birləşdirir.
Çini-kaşı məmulatlarına verilən cari, perespektiv, ümumi və spesifik tələblər onun istehlakının hansı sahəsini xarakterizə etməsindən aslı olaraq funksional, erqonomik, gigyenik, etibarlılıq və s. kimi tələblərə bölünür.
Dostları ilə paylaş: |