4. Yumurtaların keyfiyyətinin öyrənilməsi
Yumurtaların keyfiyyəti orqanoleptiki olaraq ovoskopun köməyi ilə yumurta qabığının və hava kamerasının vəziyyətinə görə müəyyənləşdirilir.
Yumurtanın keyfiyyətinin dəyişməsi onun sarısının və ağının indeksinə, eyni zamanda forma indeksinə, qabığının qalın və ya nazik olmasına, yumurtanın elastik deformasiyasının həcminə, qabığın və yaxud tərkibin lüminessensiyasına, köpük və köpüyə davamlılıq indeksinə görə müəyyənləşdirilir.
Yumurtanın keyfiyyət göstəricilərinin dəyişməsini müəyyənləşdirmək üçün yumurta sarısı indeksi və ya yastılanma əmsalı daha xarakterik və uyğundur. Təzə yumurtanın sarısı qabarıq formada olur, amma uzun müddət saxlanıldıqda yumurta yastı şəkil alır. Yumurta sarısının hündürlüyünün onun diametrinə nisbəti elə yumurtanın saxlanma müddətindən asılı olaraq 0,5-dən 0,3-dək kiçilən sarısının indeksi deməkdir.
Qabığın lüminisensiyasının rənginin dəyişməsinə görə yumurtanın keyfiyyətini lazımi səviyyədə müəyyənləşdirmək mümkündür. Yumurtanın saxlanma müddətindən asılı olaraq bu rəngi moruğu rəngdən mavi-boz rəngə qədər dəyişə bilər ki, bu da piqmetinin dəyişilməsi ilə şərtlənir. Mikroblarla yoluxmuş yumurtalar bu və ya digər mikroorqanizmlərin inkişafı nəticəsində müxtəlif rənglərdə lüminissasiya olunur. Yumurtaların lüminissasiya olunma və ya spektrin görünən və yaxın infraqırmızı şüaları qəbul etmə qabiliyyətinə əsasən keyfiyyət baxımından zay məhsul elan edilir. Tərkibindəki karotonoidlərə, xolestrinə, yarım doymamış yağ turşularına, E vitamininə görə yumurtanın keyfiyyətinin müəyyənləşdirilməsinin kimyəvi üsulları da tətbiq olunur. Lakin yumurtanın keyfiyyətinin müəyyənləşdirilməsi üçün daha effektli və əlverişli üsul orqanoleptiki üsuldur.
Dostları ilə paylaş: |