Baki – 2020 Mövzu Yumurta


Keyfiyyətin orqanoleptiki üsullarla ekspertizası



Yüklə 0,9 Mb.
səhifə8/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

4. Keyfiyyətin orqanoleptiki üsullarla ekspertizası
Orqanoleptiki üsul məhsulun keyfiyyətini daha tez və etibarlı qiymətləndirməyə imkan verir. Qiymətləndirmənin dəqiq nəticələrinitəmin etmək üçün gu işığın – günəş işığının olması zəruridir. İqlim şəraitinin təbii işıqdan istifadəyə imkan vermədiyi yerlərdə məhsullara baxışın süni işıq altında keçirilməsinə yol verilir. Məhsulun temperaturu 18-dən 20ºS-dək (xüsusi meəyyənləşdirilmiş temperaturdan başqa) olmalı, həmçinin hava cərəyanının, kənar qoxuların və səslərin olmaması təmin edilməlidir.

Məhsulun qalaqlanmasının düzgünlüyü, bütövlüyü və möhkəmliyi, onun xarici görünüşü, şirəliliyinin, qoruyucu örtüyünün, izoləedici və qablaşdırma materiallarının vəziyyəti, duza qoyulmuş və ya marinadlaşdırılmış məhsullarda isə onların keyfiyyəti və həcmlərinin dolu olması təsadüfi seçmə metodu ilə seçilmiş nəqliyyat taralarında yoxlanılır.

Seçilmiş nəqliyyat tarasından orqanoleptik qiymətləndirmə üçün 3-5 kq məhsul və ya 3-5 vahid, dondurulmuş məhsullardan isə blok şəklində 1-2 blok istehlak tarası baxışdan keçirilir.

Balığın bir ədədinin kütləsi 2 kq-dan çox olduqda ən çoxu üç ədəd balıq baxışdan keçirilir (seçilmiş nüsxələrin qiymətləndirilməsində fikir ayrılığı yarandığı təqdirdə nüsxələr iki dəfə artırılır).

Əsas orqanoleptik göstəricilərə aşağıdakılar aiddir:

-məhsulun rəngi, onun zahiri görkəmi və dəri örtüyünün vəziyyəti;

-balığın və balıq məhsullarının konsistensiyası;

- balığın və balıq məhsullarının qoxusu;.

- balığın və balıq məhsullarının dadı.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin