Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə43/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Neft məhsullarının keyfiyyətinin orqanoleptik metodla qiymətləndirilməsi. Neft məhsullarının keyfiyyətinin təyin edilməsində istifadə olunan metodlardan biri də orqanoleptik metoddur. Bu metodla keyfiyyətin qiymətləndirilməsində xarici əlamətlər əsas götürülür.

Yanacağın xarici əlamətləri onun zərərliliyi, stabilliyi və təmizliyi haqqında təxmini fikir söyləməyə imkan verir. Etilli benzin zərərsizliyi etil mayesinə əlavə edilən boyayıcının rəngi ilə şərtləndirilir. Bu uyğunluğu aşağıdakı cədvəldə daha aydın görmək olar.





Benzin markalarının rənglərə görə fərqləndirilməsi

Cədvəl 2.1




Aviasiya benzini

Avtomobil benzini

Marka

Rəng

Marka

Rəng

B-70

rəngsiz

A-72

narıncı

B-91/115

yaşıl

A-76

rəngsiz

B-95/130

sarı

Aİ-93

yaşıl

B-100/130

narıncı

Aİ-98

sarı

Əgər etilsiz benzin sarı rəngdən tünd-qəhvəyi rəngə qədər boyanmışdırsa, bu benzinin qatranlaşmasından xəbər verir. Dizel yanacaqlarında boyanmanın inten- sivliyinin artması faktiki qatranlaşmanın artmasına dəlalət edir.



Qış fəsli üçün nəzərdə tutulan dizel yanacaqları yay fəsli üçün olan yanacaqlara nisbətən daha açıq rəngə boyanmış olur.

Benzinlər, reaktiv mühərriklər üçün olan yanacaqlar və dizel yanacaqları şəffaf olmalıdırlar. Yanacağın tutqunlaşması tərkibində mexaniki qarışıqların, suyun, buz mikrokristallarının və ya karbohidrogenin olmasından ola bilər. Mənfi temperaturda yay üçün olan dizel yanacaqları qış üçün olanlardan şəffaflığına görə fərqlənir.

Sürtkü yağlarının əksəriyyəti açıq-sarı rəngdən tünd-qəhvəyi rəngə qədər boyanmış olur. Qeyd etmək lazımdır ki, sürtkü yağlarının rəngi bilavasitə onların hansı istehsal müəssisəsində hazırlanmasından da asılı olaraq dəyişə bilər. Lakin bəzi sürtkü yağları vardır ki, onlar daimi rəngə malikdirlər: HK-50 tünd yaşıl, TSİATİM-208 qara, TSİATİM-205 ağ, USSA yaşıl, parıltılı qara.

Bundan başqa, zərif və qaba strukturlu sürtkü yağlarını fərqləndirirlər. Qaba strukturlu sürtkü yağları dənəvər, lifli və hamar ola bilər. Yağlarda qaba strukturlu onu ştapel vasitəsilə şüşə plastika üzərinə nazik təbəqə çəkməklə təyin edirlər.



Konstalin tipli yağların səthində isə zərif liflər müşahidə edilir. TSİATİM- 201 markalı salidor yağları isə bərabər, hamar qat əmələ gətirir.

Sürtkü yağının səthində sıx pərdənin olması onun oksidləşdiyini göstərir.

Sabunlu yağlayıcılarda yağın ayrılması onun təbəqələşməsinə nişanədir.

Soyuducu mayelərin orqanoleptik keyfiyyət göstəricilərinə onların rəngi, şəffaflığı, mexaniki qarışıqların və neft məhsullarının miqdarı daxildir.

40 markalı mayelər sarı, 65 markalılar isə narıncı rəngə malik olurlar.



Mayedə mexaniki qarışıqların olması ondan xəbər verir ki, maye işlənmişdir və yaxud saxlanma zamanı çirklənmişdir.

Soyuducu mayelərdə neft məhsulları qarışığı olduqda davamlı köpük əmələ gəlir ki, bu da mayenin istilik tutumu və istilik keçirməsini pisləşdirir.

Tormoz mayenin orqanoleptik keyfiyyət göstəricilərinə aşağıdakılar aiddir: rəng, şəffaflıq, iy, mexaniki qarışıqların varlığı, həllolma (suda və benzində).

Orqanoleptik qiymətləndirmə zamanı rəng, şəffaflıq və mexaniki qarışıqlar işıqda şüşə silindrdə baxmaqla müəyyən edilir.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin