3. Neftin emalı nəticəsində alınan yanacaqların keyfiyyətinin ekspertizasının müasir metodları
Neft məhsullrından xalq təsərrüfatında geniş istifadə olunur. Ümumiyyətlə, neftdən yanacaq maddələri, yağlayıcı materiallar, plastik kütlələr, sintetik liflər, yuyucu maddələr, sintetik kauçuk, gübrə və s. kimi məhsullar alınır.
Neftdən alınan bir çox qiymətli məhsullardan biri də müxtəlif təyinatlı və çeşidli yanacaqlardır. Qeyd etmək lazımdır ki, tətbiq sahəsindən asılı olaraq yanacaqlar: karbürator (təyyarə, avtomobil benzinləri və traktor kerosinləri), reaktiv, dizel yanacaqlarına bölünürlər.
Karbürator yanacağı kimi ən çox neftin alçaq və orta temperaturlarda qaynayan benzin, liqroin və kerosin fraksiyalarından, sıxılmış karbohidrogen qazıntılarından və neftin təkrar emalından alınan yüngül məhsullarından istifadə edilir.
Dostları ilə paylaş: |