Əlif, lak və boyaqların turşuluq rəqəminin qiymətləndirilməsi. Əlif, lak və boyaqların turşuluq rəqəmi aşağı olduqca, onların keyfiyyəti yüksək olur. Turşuluq rəqəmini təyin etmək üçün 3-5q əlifi, ya da lakı 30-40 ml eyni həcmdə 95%-li etil spirti və neytral kükürd efiri və ya benzol qarışığı ilə qarışdırırlar. Alınmış məhlulu 5 dəq. müddətində qırmızı boyanmanın tam itməsinə qədər 0,1 KOH-ın spirtli məhlulu ilə titrləyirlər. Titrləmə zamanı sərf olunan0,1 nyeyici qələvinin millimetrlə miqdarını 5,61-ə vurub, əlif, lak, rəngin dəqiq çəkisinə bölərək turşuluq rəqəmini alırlar.
Lak-boyaq materiallarının örtməsinin təyini. Örtmə lak-boyaq mallarının əsas texniki göstəricisidir və müəyyən vaxt ərzində səthə çəkilmiş materialdan fırçanın cizgilərinin itməsilə xarakterizə olunur. Tədqiq materialının qatılığı çox olduqca, örtmə bir o qədər pis olur. Çəkdikdən sonra fırçanın cizgiləri 10 dəq. müddətində itərsə bu örtmə kafi sayılır, 15 dəq. müddətində fırçanın cizgiləri itmirsə, bu qeyri-kafidir. Asta örtmə zamanı cizgılər çəkiləndən sonra 10-15 dəqiqə müddətində yox olur.
Örtməni təyin etmək üçün tədqiq olunan materialı 9x12 mm ölçülü şüşə lövhə üzərində cod tüklü fırça ilə 3 dəq. müddətində sağa-sola hərəkət etdirməklə tez yayırlar; sonra, səthə çəkilmiş laka fırçanı dərin batıraraq səthinortasındancizgi çəkirlər, tez fırçanı çəkərək saniyəölçəni işə salırlar. Cizginin tam itməsilə hamar səth alınana qədər sərf olunan vaxt tədqiq olunan materialın örtmə həddini xarakterizə edir.
Nazik təbəqənin quruma müddətinin ekspertizası. Lak-boyaq materiallarının əsas keyfiyyət göstəricilərindən biri də quruma müddətidir. Quruma müddətini təyin etmək üçün qalınlığı 2-3 mm, ölçüsü 9x12 sm olan şüşə lövhə götürürlər. Tədqiq olunan duru lak-boyaq materialınılövhə üzərinə tökür, ya da fırça ilə həmin lövhə üzərində düz, arası kəsilmədənqat çəkirlər, artığını(lakın, əlifin) lövhəni 45º bucaq altında əyməklə kənar edirlər. Sonra lövhəni üfüqi vəziyyətdə18-20ºS istilikdə quruducu şkafda yerləşdirirlər.Vaxtaşırı (texniki şərtə əsasən) lövhəni çıxarırlar və ağızdan 10 sm məsafədə saxlayarq qatın üzərinə nəfəs verirlər. Təbəqənin üzərində su buxarının qatılığından tutqun ləkə əmələ gəlir ki, bu da “tozdan quruma” sayılır. Qurumanın başlanğıcından tutqun ləkənin əmələ gəlməsinə qədər sərf olunan vaxt “tozdan” quruma müddəti (saat, dəqiqə) adlanır. Yenidən təbəqəli lövhəni şkafa qoyurlar və arabir çıxararaq tam qurumasını yoxlayırlar. Bunun üçün təbəqənin üzərinə 0,5 sm qalınlıqda pambıq yasdıqca qoyub, üstünə 1 sm² sahəsi olan taxta lövhə və 200 q ağırlığındayük qoyurlar. 30 saniyə keçdikdən sonra, yükü, lövhəni və yasdıqcanı çıxarırlar və təbəqənin üzərinə pambıq lifinin yapışmasını və ya ondan qalan izi yoxlayırlar. Bunlar olmadıqda lak-boyaq örtüyü qurumuş hesab edilir. Quruma müddətini saatla qeyd edirlər.
Təbəqənin suya və 0,5%-li yuyucu maddə məhluluna davamlılığının qiymətləndirilməsi. Bu sınağı aparmaq üçün uyğun standartlarda göstərilən ölçüdə (adətən 70x150 m)iki dəmir lövhə götürürlər və tədqiq olunan materialla (lakla, boyaqla) örtürlər. Örtüyü quruduqdan sonra lövhəni 2/3 hündürlükdə şüşə ləyəndə 20ºSistilikdə distillə suyunda yerləşdirirlər və müəyyən müddət ərzində (standarta əsasən 30 dəqiqədən 2 saata qədər) saxlayırlar. Lövhəni sudan çıxarıb, filtr kağızı ilə silirlər, sonra isə havada qurudurlar. Bundan sonra təbəqənin xarici görünüşünü nəzərdən keçirirlər, açıqlanmasını, tutqunlaşmasını,qabarcıqların mövcudluğunu və başqa dəyişiklikləri qeyd edirlər.
Tədqiq olunan materialın 0,5%-li yuyucu maddənin məhluluna qarşı davamlılığını təyin etmək üçün dəmir lövhənin hər iki üzünə nazik təbəqə çəkib, qurudub, 2/3 hündürlükdəyuyucu tozun 0,5%-li məhlulunda, 30-40ºS istilikdə 10 dəqiqə müddətində saxlayırlar. Lövhəni çıxarıb, suda isladılmış pambıqla yuyub, iki filtr kağızı arasında sonra isə havada bir saat müddətində 18-20ºS istilikdə qurutduqdan sonra təbəqənin açıqlanmasını və ya tutqunlanmasını qeyd etmək üçün xarici görünüşünü nəzərdən keçirirlər.
Təbəqənin istiyə davamlılığının ekspertizası. Rəngsazlıq qatılığında boyağı fırça ilə uyğun standartda göstərildiyi kimi, dəmirdən olan7x15 sm ölçüdə təmiz lövhəyə bir lay çəkirlər və 18-22ºS istilikdə 24 saat müddətində qurudurlar. Sonra örtülmüş lövhəni 80-100ºSistiliyi olan termostatda yerləşdirirlər və bu istilikdə uyğun standartda göstərilən müddət (3 dəq-dən 10 saata qədər) ərzində saxlayırlar. Sonra lövhəni çıxarırlar, otaq hərarətinə qədər soyudurlar və gündüzün yayılmış işığında təbəqəni nəzərdən keçirirlər. Sınaqdan əvvəlki və sonrakı vəziyyəti müqayisə etməklə istiliyin təsirinə qarşı davamlılığı gözlə baxmaqla qiymətləndirirlər
Dostları ilə paylaş: |