2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Əlifin durulduqdan sonra şəffaflığının və çöküntüsünün qiymətləndirilməsi. Təhlil olunacaq məhsulu möhkəm qarışdırıb, ondan 100 ml ayıraraq tutumu 100 ml, bölgüləri 0,5 ml olan kip bağlanan ölçülü silindrə tökürlər. Silindri 24 saat müddətində 18-20ºS-də sakit buraxırlar, sonra çöküntünün tutduğu sahəni qeyd edirlər. 24 saat durulduqdan sonra həmin əlifi xarici diametri 9,5mm və daxili 7,5mm, hündürlüyü 80 mm olan sınaq şüşəsinə tökürlər və ötüb keçən işıqla baxırlar. Əlif və laklar onlarda heç bir tutqunluq olmadıqda, şəffaf sayılır.