Nazik təbəqənin xarici görünüşü və rənginin ekspertizası. Sınaq məhsulunu təbii yayılmış və ya etalonla təsdiq edilmiş əks etdirilən işıqda müqayisə edirlər. Buna görə təhlil olunacaq nümunəni fırça ilə, tozlandırmaqla, tökməklə və ya başqa üsullarla (standartın tələbinə uyğun) təmiz şüşə lövhəyə, qara dəmir, ya da taxta lövhəyə çəkirlər və texniki şərtlərdə göstərilən müddət ərzində 18-20ºS-də qurudurlar. Kənar qoşmaları (zibil, tük) gözlə görüb təmizləyirlər.
Qatılığın təyini.Lak-boyaq materiallarının keyfiyyətini təyin edərkən qatılıq göstəricisi böyük məna kəsb edir. Lak-boyaq materiallarının qatılığını müxtəlif quruluşlu cihazlarda təyin edirlər. Çox materiallar üçün şərti qatılıq təyin edilir. Şərti qatılıq dedikdə müəyyən temperaturda QOST-la təyin edilmiş diametrli dəliklərdən keçən duru materiala sərf olunan vaxt (saniyələrlə) başa düşülür.