Mövzu 9. Yuyucu vasitələrin ekspertizası
Plan:
1. Yuyucu vasitələrin keyfiyyərinin orqanoleptiki üsullarla ekspertizası
2. Yuyucu vasitələrin keyfiyyərinin laboratoriya üsulları ilə ekspertizası
1. Yuyucu vasitələrin keyfiyyərinin orqanoleptiki üsullarla ekspertizası
Yuyucu vasitələrin keyfiyyət ekspertizası zamanı orqanoleptiki və laboratoriya üsullarından istifadə olunur.
Orqanoleptiki üsul ilə keyfiyyət qiymətləndirildikdə yuyucu vasitənin xarici görünüşünə, rənginə və qoxusuna diqqət verilir.
Sabunda parçanı dağıdan və insan dərisini qıcıqlandıran çoxlu sərbəst yeyici qələvi qalığına yol verilmir.
Sərbəst qələvilərin miqdarı texniki şərtdə göstərilən normadan çox olmamalıdır: təsərrüfat sabununda (mişarlanmamış) 0,2% mişarlanmışda 0,15%-ə qədər və ətirli sabunda 0,05%. Tərkibində 60% və daha çox yağ turşuları olan sabunlarda karbonat qələvisinin qalığı 1 % -dən çox olmamalıdır. Sabunlaşmayan, xüsusən doymamış yağ tur şularının qalığı çox zərəlidir, sabunu saxlayan zaman tez qaxsıyır, onda ləkə və xoşa gəlməyən qaxsımış iy əmələ gəlməsinə səbəb olur. Sabunlaşmayan yağların miqdarı müəyyən edilmiş normadan çox olmamalıdır: yağ turşulu duzların kütləsi təsərrüfat sabununda 0,25%-ə qədər, ətirli sabunda 0,2%-ə qədər olmalıdır. Sabunlaşmayan maddələrin ümumi miqdarı 72% -li bərk təsərrüfat sabununda 2%-dən, 60%-li də 4%-dən çox olmamalıdır.
Yuyucu vasitələrin ən lazımlı keyfiyyət göstəricisi köpük əmələ gətirmə qabiliyyətinin göstəricisidir ki, bu da müəyyən həcmli 0,5%-li sabun məhlulunun çalxalanması nəticəsində əmələ gətirdiyi köpüyün həcmi ilə xarakterizə olunur. Sabun nə qədər çox köpük versə və köpüyü çox davamlı olsa bir o qədər yüksək keyfiyyətlidir. 0,5%-li sabun məhlulun köpüyünün həcmi 100 ml-ə qədərdir, məsələn, bərk təsərrüfat sabunu cod suda 45°C hərarətdə köpüyün həcmi 250 sm³- dən az olmamalıdır.
Sabunun keyfiyyəti, onun bərkliyi, həll olması, əldə sürüşməsi, köpük əmələ gətirməsi, həmçinin uzun müddət saxladıqda ilk xassəsinin saxlanması yüksək dərəcədə həmin sort sabun üçün götürülmüş piy qatışığının tərkibindən asılıdır. Bu göstəriciyə sabun titri və ya yağ turşusunun titri deyilir və onların ən lazımlı texnoloji xarakteristikasıdır.
Bərk təsərrüfat və ətirli sabunların piy qatışığının yağ turşularının titri, bir qayda olaraq 35-42°C arasında olmalıdır. Az titrə malik olan sabunlar lazımi qədər bərkliyi olmur, çox sürtülür və sərf edilir. Yüksək titrə malik olan sabunun həll olması və yuma qabiliyyəti azalır.
Sintetik yuyucu vasitələrdə sulfid olmayan birləşmələrin miqdarı imkan dairəsində az olmalıdır, belə ki, onlar yuma təsirinə malik deyil, bundan başqa orqanoleptik göstəriciləri (rəng, iy) pisləşdirir.
Dostları ilə paylaş: |