Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə54/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

Yuyucu vasitələrdə yağ və qatranlı turşularının titrinin ekspertizası. Dəqiq çəkilmiş 50-100 q sabunu çini qabda isti suda həll edirlər. Əridikdən sonra sabunun tam çürüməsinə qədər sulfat turşusunun 30% -li məhlulunu əlavə edirlər və ya turşularının şəffaf lay şəklində üzə yığışana qədər məhlulu qızdırırlar. Sifonun köməkliyi ilə turş su təbəqəsini süzürlər, yağ turşularını isə bir neçə dəfə isti su ilə yuyurlar. Yuyulmuş suların metiloranjla neytrallaşma reaksiyası alınana, qədər bunu davam etdirirlər. Yağ turşularını 60-70°C qızdıraraq, standart ölçülü jukov cihazında filtrdən keçirirlər. Bunun üçün qızdırıcısı olan qıfdan istifadə edirlər, yaxudda cukov cihazını qıfla birlikdə 70-75°C istiliyi olan quruducu şkafa yerləşdirirlər. Yağ turşusunu cihaza elə, doldururlar ki, turşunun səviyyəsi onun üst kənarından 1,5 – 2 sm aşağı olsun. Bundan sonra cihazın dəliyini 0,1-0,2°C-lik bölgüsü olan termometr keçirilmiş tıxacla bağlayırlar. Termometrin, kürəsi elə vəziyyətdə olmalıdır ki, o baş barmağa dayansın. Orta və şəhadət barmaqlarla isə tıxaçı sıxaraq, bulantı əmələ gələnə qədər onu asta-asta yırğalayırlar. Bulantı yaranan kimi yırğalamanı dayandırırlar, cihazımızın üstünə qoyub, hər 20 saniyədən bir istiliyə nəzarət edirlər. Termometrin civə sütununun enməsini ləngidən temperaturu yağ turşusunun titri hesab olunur. əgər civə sütununun enməsi zamanı enmənin ləngiməsindən başqa bəzi yüksəlişlər də müşayət edilərsə, onda titr üçün yüksəkliyin mansimal temperaturu qəbul olunur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin