2. Yuyucu vasitələrin keyfiyyərinin laboratoriya üsulları ilə ekspertizası
Yuyucu vasitələrin keyfiyyətinin ekspertizası zamanı normativ-texniki sənədlərin tələblərinə uyğunluq mütəxəssislər tərəfindən tam araşdırılmalıdır. Laboratoriya tədqiqatları zamanı yuyucu vasitələrin aşağıdakı keyfiyyət göstəriciləri təhlil edilir.
Yuyucu vasitələrin çəki, qatılıq, rəng və iyinin ekspertizası. Bir parça təsərrüfat sabununu səkkiz bərabər hissəyə bölüb, bir hissəsini xırdalayıb yonqar hala salırlar; bir parça əl-üz sabununu da dörd bərabər hissəyə bölüb, bir hissəni xırdalayıb yonqar hala salırlar.
Çox quruyub kiçilmiş sabun parçasını təhlil edərkən onu çəkdikdən sonra, parçanın ölçüsündən asılı olaraq tutumu 2-4 l olan ölçülü kolbada 60%-li etil spirtində həll edirlər. Sabun tam əridikdən sonra ölçülü kolbadan damcıtökənlə 100ml – məhlul çəkib, tutumu 200-250ml olan kolbaya tökərək onu əks soyuducuya birləşdirib, sabun məhlulundan spirti qovurlar. Kolbada qalan sabunu adi qayda uzrə təhlil edirlər:
Sintetik vəsaitlərin və sabunların iyini, rəngini və qatılığını orqanoleptik üsulla, parça sabunun qatılığını isə əllə yoxlamaqla təyin edirlər. Belə ki, təsərrüfat sabunlarının bütün növlərinin qəlizliyi möhkəm olmalıdır, yapışmamalıdır.
Parça sabunu kəsən kimi o dəqiqə rəngini və iyini təyin edirlər. Təsərrüfat sabunlarının üstü yağ ifrazına oxşar ətirli olmamalıdır, xoşagəlməyən turşudulmuş yağ iyi, xarab olmuş balıq iyi verməməlidir.
72% -li təsərrüfat sabunlarının rəngi açıqdan tünd-sarıyadək, 60% -lilər sarıdan açıq-qəhvəyiyədək və 47% - lilər sarıdan qəhvəyiyədək olur.
Sintetik yuyuçu tozların rəngi ağ-sarı, yaxud da açıq-sarı olur; o tamamilə istifadə olunan xammalın təmizliyindən asılıdır və hər reseptura üçün ciddi təyin olunur. Yuyucu vəsaitlərin tərkibində 0,1%-ə yaxın ətirli maddə vardır. Ona görə də onlar ətriyyat nəfəsli iyə malikdir.
Dostları ilə paylaş: |