Tədqiqatı silkələnmə mexanizmi və dərəcələrə bölünmüş tutumu 800 ml olan bölücü qıfdan ibarət cihazda aparırlar. Qıfa 100 ml 20°C istiliyi olan əl-üz sabunu məhlulu yaxud da 50°C istiliyi olan təsərrüfat sabunu məhlulu tökürlər. Tədqiqat üçün 0.5% yağ turşusu olan sabun məhlulu götürürlər; əridici kimi codluğu 15 olan sudan istifadə edirlər. Sabun məhlulu olan qıfı silkələyirlər; 1 dəqiqə ərzində 180 dəfə silkələyirlər. Silkələnmədən 1 dəqiqə keçdikdən sonra köpüyün həcmini təyin edirlər.
Mövzu 10. Müxtəlif məişət kimyası mallarının keyfiyyətinin ekspertizası.
Plan:
1. Müxtəlif məişət kimyası malları haqqında ümumi məlumat