Məişət təyinatlı boyayıcı materiallar. Bu növ materiallar parçanı, gönü və döşəməli boyamaq məqsədi üçün istehsal olunur. Bu növ boyayıcılar əsasən quru halda olmaqla tərkibcə suda həll ola bilən üzvi rəngləyicilərdən təşkil olunmuşdur. Bunların tərkibinə bəzi hallarda boyanmanın bərabər səviyyədə getməsini tənzimləyən və boyağın parça lifləri üzərində bərkiməsini təmin edən maddələr də qatılır.
Bu yuxarıda göstərilən məişət təyinatlı kimyəvi mallar bölməsinə eyni zamanda saf kimyəvi maddələr də daxildir. Belə növ maddələrə məmulatları paslanmadan təmizləyən duz turşusu, akkumulyator üçün kükürd turşusu, xlorlu əhəng və s. madələr aiddir.
Dostları ilə paylaş: |