Baki – 2020 Mövzu Yumurta


Kimyəvi malların qablaşdırılması, damğalanması, daşınması və saxlanılması (keyfiyyətinin saxlanılmasına kömək edən amillər)



Yüklə 0,9 Mb.
səhifə66/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

4. Kimyəvi malların qablaşdırılması, damğalanması, daşınması və saxlanılması (keyfiyyətinin saxlanılmasına kömək edən amillər)
Kimyəvi malların ilk xassələrinin uzun müddət qorunub saxlanmasında onların düzgün qablaşdırılmasının və daşınmasının həlledici əhəmiyyəti vardır.

Kimyəvi mallar növlərinə çeşidinə və fiziki-mexaniki xassələrinə görə müxtəlifdir. Bunların əksəriyyəti hiqroskopik, oddan qorxan və zəhərli xassəlidirlər. Buna görə də onların qablaşdırılması, daşınması və saxlanılması spesifik qaydada olmalıdır.

Hər bir malın pasportu olmalıdır ki, burada da mal göndərən müəssisənin adı və yerləşdiyi ünvan, partiyanın nömrəsi, buraxəılma tarixi, mövcud mal qruppası üçün standart və texniki şərtlərin nömrəsi qeyd edilir. Burada eyni zamanda onun keyfiyyət göstəriciləri və yaxud hansı standarta uyğun olaraq keyfiyyətin normalaşdırılması da qeyd edilir.

Geniş istehsal olunan kimyəvi mallar xırda torbalarda qablaşdırılır. Ticarətdə qəbul zamanı, birinci növbədə onun qablaşdırılmasının və damğalanmasının bütövlüyünə daha çox fikir verilir. Əksəriyyət kimyəvi malların taraları germetik olmalıdır ki, inun uçmasının, qurumasının və digər itkilərin qarşısı alınsın.

Kimyəvi malların damğalanmasını yuyulmayan boyaqla bilavasitə qablaşdırıcı taranın üzərinə möhürlə vurular, ya kağızda lazımi məmulatlarıqeyd edib üzərinə yapışdırırlar və yaxud da asma birkalar yarlıqlar halında məmulata əlavə edirlər.

Burada məmulatın mal nişanı, istehsal edici müəssisəninadı, artikulu və yaxud preyskurant nömrəsi, standartı, buraxıldığı tarix, çəkisi, qiyməti və s. göstərilir. Bəzi materialların üzərində istifadə qaydası, zəhərləyici təsirə malik olanların üzərində “Zəhərlidir” sözü və oddan qorxanların üzərində isə “Oddan qorxuludur” sözləri də yazılır. Bəzilərinin məsələn, sabunların markalanması bilavasitə onların üzərində aparılır.

Kimyəvi malların daşınması onların fiziki-kimyəvi xassələrindən asılı olaraq dəqiq qaydada yerinə yetirilməlidir. Xüsusilə yükləmə və boşaltma zamanı diqqətli olmaq bir-birilərinə vurmaq, atmaq olmaz. Maye halında olanlar yeşiklərdə ağzı yuxarı istiqamətdə yerləşdirilməlidir.

Neft məhsulları istehsal müəssisələrindən lazımi yerlərə avto-sisternlərdə və az hallarda isə maşınlarda yerləşdirilmiş çənlərdə daşınmalıdır. Bütün bu növ avtonəqliyyat yanğına qarşı lazım olan vasitələrlə təmin olunmalıdır. Kimyəvi maddələrin yüklənməsi və boşaldılması zamanı rezin əlcək və çəkmələrdən istifadə olunmalıdır.

Kimyəvi malların saxlanması qapalı halda və yaxşı ventilyasiya qurğuları ilə təmin edilmiş anbarlarda olmalıdır. Belə şəraitdə saxlanan kimyəvi mallara birbaşa istiqamətdə günəş şüaları düşməməlidir. Mallar ayrı ayrılıqda növlər və sortlar üzrə yığılmalıdır. Spesifik iyə məxsus olan kimyəvi mallar ayrıca saxlanılmalıdır.

Neft məhsulları və oddan qorxan lak-boyaq malları germetik torbalarda yanğından mühafizə qaydaları ilə təmin edilmiş yerlərdə saxlanmalıdır. Partlayış törədə bilən qazların anbar daxilində toplanmasına yol verilməməli və oranın havası müntəzəm olaraq təmizlənməlidir.

Əliflər, yağlı boyalar, isti təsirindən qatılaşa bilən maddələr qızdırıcı cihazlardan aralı saxlanmalı və günəş şüalarından qorunmalıdır. Yeşiklərdə və torbalarda qablaşdırılmış mallar mal altlıqları üzərində yerləşdirilməklə 30-35 sm divardan və 1 metr isə qızdırıcı cihazlardan, qurğulardan aralı olmalıdır.

Hiqroskopik xassəli kimyəvi mallar və materiallar, məsələn bir neçə növ yapışqanlar (heyvanat və bitki mənşəli), sabunlar və bir neçə yuyucu vasitələr quru şəraitdə havanın normal temperaturası və nisbi rütubətində saxlanmalıdır.

Sabunların saxlanması zamanı havanın temperaturası aşağı olmamalıdır. Zülali maddələr (heyvanat yapışqanları) gənə və güvədən də qorunmalıdır.

Anbar şəraitində saxlanan mallar müntəzəm olaraq yoxlanmadan keçirilməlidir, daha doğrusu tarasının germetikliyinə, probkaların bütövlülüyünə, butulkaların boğazlarına və s. diqqət yetirilməlidir. Bəzi hallarda lazım gələrsə onların, xüsusilə göbələkləşmədən və taraların isə paslanmadan qorunması üçün qurudub yenidən anbarda yerləşdirmək lazımdır.

Qablaşdırmya, damğalanmya, saxlanmaya və daşınmaya dair geniş məlumatlarla daha yaxından tanış olmaq üçün müvafiq standartlara müraciət etmək olar.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin