Baki – 2020 Mövzu Yumurta


Liflərin təbiətinin yandırmaqla təyin edilməsi



Yüklə 0,9 Mb.
səhifə74/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

7. Liflərin təbiətinin yandırmaqla təyin edilməsi
Lifin təbiətini yandırmaqla təyin etmək olar, hansı ki, bu kifayət qədər obyektiv nəticələr verir. Yandırma zamanı yanma xarakteri, alovun rəngi, külün forması, spesifik iy müəyyən edilir. Təcrübə üçün az miqdarda pambıq, kətan, yun, təbii ipək, süni (viskoz, mis-ammonyak, asetat) və sintetik (kapron, nitron, lavsan, xlorin və s.) liflər götürülür. Bitki mənşəli (pambıq, kətan) və süni (viskoz və mis-ammonyak) liflər üçün yüngül alovlanma və açıq rəngli alovla tez yanma xarakterikdir. Külü yüngüldür, bozumtuldur. Yanmış kağız iyi verir. Yun və ipək liflər başqa yanma xarakterinə malikdir. Onlar qığılcımla, yavaş yanır. Yanmış buynuz iyi verir; alovdan kənarlaşdırıldıqda yanma dayanır; axırda lif kömürləşmiş kürə formasını alır. Asetat ipəyi yanarkən sirkə turşusunun iyini verir, külü kürəcik formasını alır. Yanma alovunda yumşalan, ərimiş halda dartıla bilən və ərimə nəticəsində bərk kürəcik formasını alan liflər sintetik poliefir (lavsan) və poliamid (kapron, anud və s.) liflərinə aiddir.

Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin