Baki – 2020 Mövzu Yumurta



Yüklə 0,9 Mb.
səhifə72/307
tarix10.05.2022
ölçüsü0,9 Mb.
#57268
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   307
2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2

c) Polivinil lifləri onlan xassələri.

Bu elastik liflərdən biri də xlorin lifidir. Xlorin lifi özlərinin çox yüksək kimyəvi davamlılığı, mikroorqanizmin təsirindən dəyişmələri, çox yüksək mexaniki möhkəmliyi və sair xassələri ilə fərqlənirlər. Xlorin lifindən çox geniş miqyasda müalicə əhəmiyyətli paltarların istehsalında tətbiq edilir.



d) Poliakrilnitril lifləri onların xassələri.

Bu liflərin əsasını nitron lifı təşkil edir. Nitron lifı öz ağırlığından 20-25 km məsafədə qırılır. Bu lif işığın təsirinə çox davamlıdır. 20%-ə qədər uzana bilir. Nitron lifı xarici görünüşünə görə xalis ipək lifinə çox yaxındır. Bunun ştapel lifı yun lifinə oxşayır. Nitron lifı yun lifı kimi istiliyi yaxşı saxlayır. Nitron lifınə bakteriya, kiflənmə, güvə təsir etmir. Kimyəvi maddələr də bu lifə öz təsirini göstərir.

Nitron lifındən toxunan parçalardan tikilən paltarlar yuyularkən qısalmır və ütülənməyə ehtiyacı olmur, həmçinin qırışımır. Nitron pambıq və yunla qarışdırılaraq ondan kostyumluq, paltoluq parçalar, trikotaj məmulatlar, süni xəzlər, vatin və pərdəlik parçalar toxunur.

e)Polivinilspirt lifləri onlan xassələri.

Bu qrup lifləqrin əsas nümayəndəsi vinoldur. Vinol yüksək davamlılığa malikdir. Onun qırılma uzunluğu 30-47 km, uzanması 30-35%-dir. İslandıqda davamlılığını 10-15% itirir. Uzanması isə 5-3% artır. Vinol sürtünməyə qarşı davamlıdır.Vinol turşuya, qələviyə və s. kimyəvi reaktivlərə qarşı çox davamlıdır. Vinol 5% hiqroskopikliyə malikdir. 220°C-də lif yumşalır. Xüsusi çəkisi 1,20-1,30 qs/sm³-dir. Vinol istiliyi az keçirir. Pambıq, kətan qarışığı ilə istehsal edilir. Həmçinin təmiz halda parça istehsalında istifadə edilir.

f) Poliolefin lifləri onların xassələri.

Bu qrup liflərə polietilen və polipropilen lifləri aiddir. Bu liflər yüksək davamlılığı ilə fərqlənir. Polietilen lifınin qırılma uzunluğu 42,7 rkm, polipropileninki isə 52,5 rkm-dir. Yaş halda davamlılığı dəyişmir. Bu liflər təkrar qatlanmaya çox davamlıdır və temperatura qarşı da kifayət qədər davamlıdır. Bu lifin xüsusi çəkisi 0,9 s/sm³-dir. Hiqroskopik deyil və yaxşı elektroizolyasiya xassəsinə malikdir. Bu lidən kanat, parusin, xüsusi parçalar, dekorativ mebel parçaları, xalçalar, izolyasiya materialları hazırlanır.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   307




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin