Sintetik liflər və onların xassələri. Sintetik liflər toxuculuq sənayesində tətbiq edilən xammal materiallar içərisində mexaniki cəhət möhkəmliyinə görə fərqləndiyindən onlardan istehsal edilən parçaların əksəriyyəti mexaniki cəhətcə qeyri-liflərdən möhkəm olub, forma saxlama, istismar şəraitində davamlılığına görə qeyri-liflərdən fərqlənirlər.
Poliamid lifləri və onların xassələri.
Kapron lifi və onun xassələri. Ölkəmizdə ən çox yayılmış sintetik liflər poliamid lifləridir. Onlardan da kapron lifləri ən çox istehsal edilir. Kapron lifınin ən qiymətli xassəsi onların sürtünməyə qarşı və çox dəfə təkrarlanan əyilməyə qarşı davamlı olmasıdır.
Bu yüksək dartılma uzunluğuna malikdir. Bunlarla yanaşı, daha davamlı olması ilə fərqlənir. Ancaq qatı turşulara qarşı davamlı deyildir. Bu lifın yuxarıdakı xassələrindən asılı olaraq onlardan istehsal edilən parçalar da çox üstün xassələrə malikdirlər.
Kapron lifınin çox aşağı işığa davamlılığı və qızdırmağa qarşı davamlılığının az olması, həmçinin çox aşağı hiqroskopikliyə malik olması həmin liflərdən istehsal edilən parçaların xassələrinə təsir göstərən, istismar səviyyəsinin aşağı olmasına səbəb olur.
Kapron qarışıq parçalar istehsalında tətbiq edilir ki, bu həmin lifləıiə təbii lifləri qarışdırmaqla yaradıhr. Belə hazırlanan parçaların istismar xassələri təmiz kaprondan istehsal edilən parçalardan daha yaxşı olur. Parça istehsah ilə yanaşı kapron lifindən texniki məqsədlər üçün də istifadə edirlər.
Polimer lifləri və onlann xassələri.
Polimer sintetik liflərdən ən çox yayılanlarından biri də lavsan lifıdir. Lavsan lifi sintetik lifli materiallar içərisində dartılmağa qarşı ən möhkəm lif hesab edilir. Onun dartılmaq üçün möhkəmlik həddi 87-88 kqs/mm². Bu liflərin ikinci spesifik xüsusiyyəti ondan ibarətdir ki, bunlar temperatur təsirindən öz xassələrini dəyişmir. Məsələn, 1000 saat lavsan lifınin 150 temperatura qızdırdıqda öz möhkəmliyini 50%-ni itirir. Başqa lifləri ancaq 200 saat ble ətemperaturda saxladıqda möhkəmliyini 100% itirərək davamsız olur. Bunlarla yanaşı, lavsan lifi üzvi və aeyri-üzvi turşuların təsirinə davamlılı olurlar. İstilik saxlamasına, yumşaqlığına, yüngüllüyünə görə lavsan lifı yun lifıni xatırladır. Məhz bu səbəbdəndir ki, müasir dövrdə bir çox kostyumluq parçaların istehsalında yun lifınin lavsan lifı ilə qarışdırıb istehsal edirlər. Lavsan lifinin uzanması 88%- olduqda o öz əvvəlki vəziyyətinə qayıdır ki, bu həmin liflərdən istehsal edilən parçaların əzilməyə qarşı davamlılığını göstərir.
Elastikliyinə görə lavsan lifı yundan üstündür. Lavsan lifinin ən mənfi tərəfi isə onların hiqroskopik olmamasıdır ki, bu parçaların səthində parıltı əmələ gəlməsinə səbəb olur. Lavsan lifı yun lifı ilə yanaşı, həmçinin pambıq və kətan lifləri ilə də qarışdırılmış halda istehsal edilir.
Son zamanlar lavsan lifındən müxtəlif qısalma qabiliyyətinə malik parçalar istehsal edilir ki, bunlar hətta yun parçalardan da gözəl xarici görünüşə malikdir.
Dostları ilə paylaş: |