Mövzu 11.Toxuculuq liflərinin, iplik və sapların təsnifatı, xassələri və keyfiyyətinin ekspertizası
Plan:
1. Pambıq lifinin tərkibi, quruluşu və xassəsi.
2. Kətan lifinin tərkibi, quruluşu və xassəsi.
3. Yun lifinin tərkibi, quruluşu və xassələri.
4. İpək lifinin quruluşu və xassələri.
5. Kimyəvi liflərin xassələri.
6. Liflərin tədqiqinin orqanoleptik üsulları
7. Liflərin təbiətinin yandırmaqla təyin edilməsi
8. İplik və sapların xassələri, təsnifatı və çeşid ekspertizası
1. Pambıq lifinin tərkibi, quruluşu və xassəsi.
Məlumdur ki, parçaların istismar və gigiyenik xassələri onların həmçinin, estetik xassələri həmin parçanın istehsalına sərf edilən toxuculuq liflərinin quruluşundan və xassələrindən asılıdır. Hər bir toxuculuq lifınin özünəməxsus quruluşu və xassəsi olmaqla yanaşı, onların həmçinin özünəməxsus xassələri vardır ki, parçanın xassələri də müvaflq olaraq həmin xassələrdən asılıdır.
Ümumiyyətlə, toxuculuqda işlədilən liflər iki əsas qrupa ayrılır:
Təbii liflər;
Kimyəvi liflər.
Bunlar isə hər biri özülüyündə qrup və yarım qruplara ayrılır. Məqsədimiz toxuculuqda ən çox istifadə edilən təbii və kimyəvi liflərinin xarakterizə etmək və bu xassələrin gələcəkdə parçaların istehlak xassəsinə necə təsir etməsini araşdırmaqdan ibarətdir.
Pambıq lifi pambıq bitkisindən alınır ki, bu respublikamızın isti rayonlarında yetişdirilir. Pambıq lifinin uzunluğu 1 mm-dən 50 mm-ə kimi ola bilər. 20 mm qədər uzunluqda olan pambıq lifindən toxuculuqda istifadə olunur. Buna görə də pambıq lifinin uzunluğuna görə 3 qrupa ayırırlar: Bunlardan əyiricilik üçün yararsız liflərin uzunluğu 1-20 mm arasında dəyişir; orta uzunluqlu liflərin uzunluğu isə 28-37 mm olur, uzun liflərinin isə uzunluğu 35-50 mm olur.
Pambıq lifinin uzunluğu parçanın bir çox xassələrinin formalaşmasında çox böyük əhəmiyyəti vardır. Belə ki, qısa pambıq lifındən ancaq yoğun tiftikli iplik almaq olar. Bu ipliklərdən ancaq tiftikli parçalardan flanel, bayka, sukno və s. parçaları istehsal etmək mümkündür. Lakin uzun lifli pambıqdan isə nazik və hamar, həmçinin davamlı ipliklər almaq olur ki, bunlardan daha yüksək keyfıyyətli parçalar istehsal etmək olar. Bunlardan, batis, markizet, poplı və s. göstərmək olar.
Parçaların xassələrinə pambıq lifınin həmçinin yetişmə dərəcəsi də təsir göstərir. Belə ki, pambıq lifi nə qədər çox yetişmişsə, onun davamlılığı, mikroskopikliyi və qeyri-xassələri də yaxşı olar ki, bu parçanın həmin xassələrinin yaxşılaşmasşna səbəb olar. Daha çox yetişmiş pambıq lifınin kanalı hava ilə dolur ki, bu parçaların istiliksaxlama qabiliyyətinin yüksəlməsinə səbəb olur.
Pambıq lifınin xassələrinə və həmçinin, ondan istifadə edilən parçaların xassələrinə lifın kimyəvi-tərkibindəki hidrogen qruplarının da böyük təsiri vardır.
Pambıq lifınin fıziki-mexaniki xassələrindən asılı olaraq, parçaların fıziki- mexaniki xassələri müxtəlif olur.
Pambıq lifınin dartılmağa qarşı davamlılığı onların sortundan və yetişmə dərəcəsindən asılı olaraq 0,5-10 qr kimi olur.
Yetişmiş lifin orta möhkəmliyi 4-5 qramdır. Pambıq lifınin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, yaş halda onların davamlılığı 15-20% artır, lakin qeyri-liflərdə isə əksinə, ya öz vəziyyətində qalır, yaxud 7-65%-ə kimi azalır.
Pambıq lifınin uzanması 4-13%-ə kimi olur. Orta uzanma həddini 7-8%-dir. Pambıq lifı çox yumşaqlığı və plastik uzanması ilə başqalarından fərqlənir. Bu isə parçaların xassələrinin isinməsinə təsir göstərən amillərdən biri hesab edilir. Belə ki, pambıqdan olan parçalar dartılma zamanı uzanır və əvvəlki vəziyyətinə qayıtmır. Elastiklik cəhətcə də pambıq lifı qeyri liflərdən geri qalır. Belə ki, pambıq istehsal edilən parçaların üzərində çoxlu qarışıqlar əmələ gəlir ki, bu paltarın xarici görünşünə çox pis təsir göstərir.
Pambıq lifinin hiqroskopikliyi çox yüksək həddə dəyişir. Adi temperaturda onun hiqroskopikliyi yuxarı olur, yəni havanın temperaturu 20, nisbi rütubəti 65% olduğu bir şəraitdə havanın rütubətini 8,5% çəkir.
Lifın hiqroskopikliyi havanın nisbi rütubətindən və temperaturundan asılıdır. Pmabıq lifinin yüksək hiqroskopikliyə malik olması onun ən yaxşı cəhəti hesab edilir.
2. Kətan lifinin tərkibi, quruluşu və xassəsi.
Kətan lifınin uzunluğu pambıq lifınə nisbətən daha çoxdur. Bu xüsusiyyətinə görə kətan lifı elementar və texniki liflərə ayrılır. Elementar lifınin uzunluğu 4-dən 70 mm kimi, texniki lifınin uzunluğu isə 600-1000 mm olur.
Elementar lifınin orta qalmlığı 18-17 mikrona bərabərdir. Pambıq lifmdən fərqli olaraq kətanın elementar lifınin daxili kanalı çox kiçikdir və hər iki tərəfdən bağlanmışdır. Ayrı-ayrı hissələrindən isə eninə kəsilmişdir. Özünəməxsus qanuna malik olması, kətan lifınə bir çox məxsus xassələr verir, buna görə də kətan parçalar pambığa nisbətən daha çox istilik keçirirlər. Kətan lifınin üz səthinin hamar olması onlardan istehsal edilən parçaların daha az çirklənməsinə səbəb olur. Buna görə də kətandan olan parçalar daha tez yuyulma qabiliyyətinə malik olurlar. Pambıq lifınə nisbətən kətan lifındə makro molekullar daha sıx yerləşdirildiyindən, onların mexaniki möhkəmliyi daha artıq olur. Dartılmağa qarşı davamlılıq bu liflərdə 80-150 kq/km olur. Bu liflərin uzanma qabiliyyəti aşağı olduğundan (2,5%) onlardan istehsal edilən parçaların mexaniki möhkəmliyi olmaqla yanaşı əzilməyə qarşı davamlılığında yüksək olur. Bütün bunlarla yanaşı, kətan lifinin submikroskopik məsamələri az olduğundan onların boyanması kətan lifınə nisbətən çox aşağı olur.
Kimyəvi tərkib etibarı ilə kətan lifı pambıq lifinə yaxındır. Lakin onun tərkibində liqnin maddəsi olduğundan pambıq parçalarda aparılan merserizasiya əməliyyatı aparılmır. Məhz ona görə də kətan parçaların əksəriyyətinin rəngi sarı və ya sarıya çalır.
Yuxarıda göstərilditi kimi pambıq lifinə nisbətən kətan lifinin mexaniki möhkəmliyi 3 dəfədən çox artıqdır. Bu hər şeydən əvvəl həmin liflərin yüksək dərəcədə polimerləşməsi ilə əlaqədardır. Kətan lifınin də elstikliyi aşağıdır. Ona görə də ondan istehsal edilən parçaların üzəri daha tez əzildiyindən paltarların xarici görünüşü çox aşağı səviyyədə olur. Hiqroskopikliyinə görə kətan lifı pambıqdan daha üstün sayılır. Belə ki, havanın nisbi rütubəti 65% temperatura 20°C olduqda lifın hiqroskopikliyi 12%-ə qədər çatır. Bu xüsusiyyətini nəzərə alaraq, kətan lifındən istehsal edilən geyim qrupuna daxil olan parçalara əhali tələbi böyükdür.
Kətan lifınin hiqroskopiklik xassələrindən istifadə edərək, onlardan dəsmallıq parçalar istehsalında da istifadə edilir.
Dostları ilə paylaş: |