2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
5. Kimyəvi liflərinxassələri. Süniliflərvəonlannxassələri: Viskozlifi vəonunxassələri - bu lif süni lif istehsalının 80%-ni təşkil edir. Viskoz lifı bir çox təyinatlı parçaların istehsalmda geniş tətbiq edilir.
Viskoz lifı kifayət qədər dartılmağa qarşı davamlı olub, çox yüksək hiqroskopikliyə malikdir. Bu liflərin həmçinin, turşulara və qələvilərə qarşı davamlılığı, həmçinin sürtülməyə və çox dəfə təkraralanan əyilməyə qarşı davamlılığı onlardan müxtəlif təyinatlı parçaların, o cümlədən ən çox alt paltarlarının istehsalında daha geniş surətdə istifadə ediıiər.
Viskoz lifi və ondan istehsal edilən parçalar özlərinin işıq təsirinə, ultra bənövşəyi şüaları buraxmaq qabiliyyətinə, gözəl xarici görünüşə, parlaqlığa malik olması ilə fərqlənirlər. Bu üstün xassələri ilə yanaşı, viskoz lifınin bir çox mənfi cəhətləri də vardır. Bu liflər yaş halda olduqda öz davamlılığının 50-60%-ni itirirlər. Bunların elastik və plastik uzanması çox aşağıdır. Bu səbəbdən də bu liflərdən istehsal edilən parçalar tez bir zamanda öz xarici görünüşünü dəyişirlər.
Viskoz liflərinin bir mənfı cəhəti də vardır ki, çox tez və parlaq alovla yanırlar. Bunlardan başqa istehsal edilən mis ammonyak, asetat və triasetat lifləri də özlərinin xassələrinə əsasən viskoz lifınə oxşadıqları və onlardan istehsal edilən parçaların xassələri viskoz lifindən istehsal edilən parçaların xassələri kimidir.