Fiziki-mexaniki göstəricilərin normadan fərqi. Belə qüsurlara parçanın eninin əksik olması, əriş və arğacında seyrəkliyi, əriş və arğacının davamsız olması və parçanın bir kvadrat metrinin çəkisinin normadan yüngül olmasıdır. Həmin göstəricilər üzrə parçaların standart normalarına müvafiq olub-olmadığı laboratoriyada yoxlanır.
Parçaların ball sistemində sortlaşdırılması. Parçaları sortlaşdıranda, topda müşahidə edilən hər qüsur və hər fiziki-mexaniki göstəricilərin normadan fərqi müəyyən miqdar ball sistemində qiymətləndirilir. Ball miqdarı qüsurun xarakterindən, qüsurun ölçüsündən və hansı parçada müşahidə olunduğundan asılıdır. Məsələn qüsur tapılan parça nə qədər naziksə, ball miqdar o qədər çox olur.
Zahiri qüsurlar və fiziki-mexaniki göstəricilərin normadan fərqi üzrə ball sayı cəmləşdirildikdən sonra parçanın sortu müəyyənləşdirilir, çünki hər sort üçün standartda müəyyən ball miqdarı təyin edilmişdir. Məsələn, kətan parçaların hər topundakı qüsurlar 10 bala qədər qiymətləndiriləndə 1-ci sorta, 40 bala qədər qiymətləndiriləndə isə 2-ci sorta salınır.
Həmin ball miqdarı standart üzrə təyin edilmiş uzunluqda parça topu üçün qoyulmuşdur. Məsələn, eni 100sm-ə qədər olan kətan parçaları topunun şərti uzunluğu 35 m, eni 100-dən 140 sm-ə qədər olan parça topunun 30 m və daha enli (140 sm-dən) parça topunun isə 20 m sayılır.
Dostları ilə paylaş: |