1.4. Metaldan olan inşaat malları
Metaldan olan inşaat mallarının çeşidi çox zəngindir. Bunlardan çoxusu sənayedə və mülki inşaatda, bəziləri isə yalnız sənaye inşaatında tətbiq edilir.
Mülki inşaatında istifadə olunan metal inşaat malları aşağıdakı qruplara bölünür:
Prokat – profil materialları;
Vərəq poladı
Məftil tor;
Məftil;
Bərkidici mallar;
Borular və bunları birləşdirən detallar;
Soba cihazları;
Sanitar-texniki avadanlıq və armatura.
Prokat – profil materialları. Bu qrupa aid malların əsas növləri relsşəkilli balkalardan, şvellərdən və müxtəlif profilli sortlu poladdan ibarətdir.
Relsşəkilli balkalar cüt “T” hərfi formasında olur.
Oturacaqlarının enindən və divarlarının qalınlığından asılı olaraq relsşəkilli balkalar “yüngül”, “adi”, və “enliətək” növlərə bölünür. Bunlardan ən çox rast gələn “adi” adlananlardır. Adi relsşəkilli balkalar 27 ölçüdə (profildə) və 5-dən 19 metrə qədər uzunluğunda buraxılır.
Şveller – bu məmulat tağ şəkilli formada olur. Bunlar ətəklərinin enindən və divarlarının qalınlığından asılı olaraq adi və yüngül konstruksiyada buraxılır. Ən çox rast gələn adi şvellerdir ki, bu da 22 ölçüdə (profildə) hazırlanır.
Dostları ilə paylaş: |