1.5. Sanitar – texniki avadanlıq və armatura
Sanitar – texniki avadanlığın və armaturanın çeşidi. Bu qrup metal inşaat malları
sırasına çuqundan minalı vannalar, suqızdıran kolonkalar, əl-üz və qab yumaq üçün minalı çanaqlar, çuqundan minalı əl-üzyuyanlar, çirkab təmizləmək üçün çuqundan su bakları, bak, əl-üzyuyan və teşt üçün kronşteyn, tiyan və isidici radiatorlar daxil olur.
Çuqun vannalara içəri tərəfdən ağ mina, zahiri tərəfdən isə suya davamlı yağlı boyaq çəkilir. Konstruksiya etibarilə vannalar adi, oturaq və uşaq vannalarına bölünür. Kənarlarının formasına görə vannalar düzkənarlı və girdəkənarlı olur. Vannalara aid detallar ayaqlardan, ehtiyat gözündən, su yolundan və sifondan ibarətdir.
Dostları ilə paylaş: |