Taxtapuş mismarı taxatapuş taxatalarının mıxlanması üçün tətbiq. Bunların başı Q hərfinə bənzəyir və buna görə də taxtanı çatlamış da olsa, divara kip bərkidir. Taxtapuş mismarının uzunluğu 30 və 40 mm, milinin diametri isə 1,8 və 2,0 mm olur.
Bəzək mismarının başcığı yarımgirdə və diametri 1,8 dəfə milinin diametrindən artıq, uzunluğu isə 9-dan 40 mm-ə qədər olur.
Oboy mismarı bəzək mismarına bənzəyir, lakin bunların başcığı nisbətən enli və diametr etibarilə 3 dəfə milindən artıq olur. Bu mismarın uzunluğu 7-dən 30 mm-ə qədər təşkil edir.
Tara mismarı nazik, uzun, yastı, yaxud konusvari başcıqlı və başcığının diametri 2,2-2,8 dəfə milinin diametrindən artıq olur. Bu mismarın uzunluğu 20-80 və milinin diametri isə 1,4-3,0 mm təşkil edir.