Borular və onlar üçün birləşdirici hissələr. Ənçox rast gələn boru poladdan olan su və qaz boruları və çuğundan olan su borularıdır.
Boruların və onlar üçün birləşdirici hissələrin keyfiyyət şərtləri. Boruların və bunlara aid birləşdirici hissələrin forması düz və müəyyənləşdirilmiş ölçülərdə olmalı, ucları düzbucaq altında və hamar kəsilməlidir. Borularda və bunlara aid birləşdirici hissələrdə kobud qüsurlara (tikiş yeri, şlak qatışığı, çat vəs.) yol verilmir.
Soba cihazları. Soba cihazlarının çeşidi. Soba cihazlarının çeşidinə qapılar və yarımqapılar, nəfəsliklər, siyirtmələr, şəbəkələr, şəbəkə çubuqları, körüklüklər, lövhələr və müxtəlif çuqun sobalar daxildir.
Bu məmulatın çoxusu təkmə üsulda olaraq çuqundan və bir hissəsi ştamp üsulunda vərəq poladından hazırlanır. Çuqun məmulatı, adətən, örtüksüz halda, polad məmulat isə boyanmış, yaxud laklanmış halda buraxılır.
Dostları ilə paylaş: |