2020-21. I y.il. Mühaz. Qr. ƏE-017 İstehlak mallarının ekspertizası-2
Məftil. Məftilin çeşidi. İstehsal üsullarına görə məftil iki çeşidə bölünür. Bunların birinə yayılmış məftil (yayma üsulunda istehsal edilən) və ikincisinə isə dartılmış məftil (dartma üsulunda istehsal edilən) deyilir.
Yayılmış məftil örtüksüz olaraq satışa buraxılır. Yayılmış məftilin diametri 5-dən 2 mm-ə qədər olur. Lakin ən çox tələb edilən məftilin diametri 5-7 mm-dir.
Dartılmış məftilin ən çox ticarət şəbəkəsinə az karbonlusu daxil olur. Bunlar ümumi təyinatlı sayılır. Emalına görə bu məftil ya termik emaldan keçməyən (adətən açıq rəngdə), yaxud da termik emaldan keçmiş, yəni yumşaldılmış (adətən qəlpə ilə örtülmüş qara) məftillərə ayrılır. Dartılmış məftil müxtəlif diametrlərdə buraxılır. Bunlar ya sinklənmiş, yaxud da örtüksüz olur.