Suqızdıran kolonkalar ya minalanmış poladdan, ya da çuqun ocaqlı olur. Kolonkaların tutumu 85 və 100l təşkil edir.
Əl-üz yumaq üçün minalı çanaqlar çanaq və söykənəcək detalından ibarətdir. Bunlar əksəriyyətlə çuqundan və bəzən isə poladdan hazırlanır. Çuqundan olan çanaqlar ya bütöv tökmə söykənəcəkli, ya da götürülən söykənəcəkli konstruksiyada buraxılır.