Baki bulvarinin layiHƏLƏNDİRİLMƏSİ


) Dənizkənarı Bulvar İdarəsinin vəzifələri və fəaliyyət istiqamətləri



Yüklə 51,28 Kb.
səhifə3/5
tarix21.02.2022
ölçüsü51,28 Kb.
#52897
1   2   3   4   5
referat 1588

2) Dənizkənarı Bulvar İdarəsinin vəzifələri və fəaliyyət istiqamətləri

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycan Respublikasının paytaxtı da yüz illər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir. Bakı şəhərinin əvəzsiz incilərindən olan dənizkənarı bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illər ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərə çarpacaq dərəcədə dəyişir. Belə şəraitdə şəhərsalma, istirahət və turizm infrastrukturu, böyüyən paytaxtın ekoloji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edən dənizkənarı bulvarın təbii kompleksinin qorunub saxlanması və bərpa edilməsi, müasir memarlıq tələblərinə uyğun olaraq yenidən qurulması, onun idarəetmə sisteminin təkmilləşdirilməsi və mərkəzləşdirilməsini zəruri edir. 10 yanvar 2008-ci ildə, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılmışdır.

Bakı şəhərindəki dənizkənarı bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə fərmanda aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılsın.

2. Müəyyən edilsin ki, Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyətinə, mühafizəsi, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən həyata keçirilir.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində:

3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturu və işçilərin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. Bakı şəhərindəki dənizkənarı bulvarın ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin və onun ərazisində yerləşən bütün tikililərin, qurğuların, məişət və digər obyektlərin siyahısını müəyyən etsin;

3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təşkili məqsədi ilə maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;

3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;



3.7. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir. Bu idarə Bakı şəhərindəki dənizkənarı bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq onun idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə yaradılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərindəki dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. İdarə müstəqil balansa, qanunvericiliyə uyğun olaraq sərəncamında olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İdarənin fəaliyyət istiqamətləri: I dənizkənarı bulvara dair proqnozlaşdırma və planlaşdırma işlərini təşkil etmək və dənizkənarı bulvarın inkişafını təmin etmək; II dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması və bərpası ilə bağlı zəruri tədbirləri, müvafiq ərazidə fiziki və hüquqi şəxslər tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək; III dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizm və rekreasiya üçün şəraitin yaradılmasını, respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin keçirilməsini təmin etmək; IV əhalinin mənəvi və estetik tələbatın ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını, teatrlaşdırılmış tamaşa, kütləvi bayram və şənlikləri əhatə edən ədəbi-bədii proqramların, konsertlərin, musiqi və rəqs gecələrinin, beynəlxalq, respublika, şəhər və rayon sərgilərinin keçirilməsini, bədii kollektiv və yaradıcı birlikləri, dərnək və bölmələri, intellektual klubları, əhalinin, o cümlədən yeniyetmə və gənclərin kütləvi idman tədbirlərini, kross, estafet yarışlarını və idman bayramlarını, məlumat-reklam materiallarının nəşrini təşkil etmək; V tabeliyində olan qurumlar vasitəsilə dənizkənarı bulvarın bərpası, genişləndirilməsi və inkişaf etdirilməsi üçün tikinti, quraşdırma, təmir və restavrasiya işlərini, teatr-tamaşa, asudə vaxt, əyləncə və digər mədəni-kütləvi obyektlərin qurulmasını, bədən tərbiyəsi və sağlamlıq, kütləvi idman obyektlərinin, habelə mədəniyyət, istirahət və idmanla bağlı müxtəlif ödənişli xidmət sahələrinin yaradılmasını təşkil etmək. İdarənin vəzifələri: I fəaliyyət istiqamətləri üzrə normativ tənzimləməni öz səlahiyyətləri çərçivəsində həyata keçirmək; II dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası sahəsində dövlət proqramlarının və inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək; III digər icra hakimiyyəti orqanlarının İdarənin fəaliyyət istiqamətləri ilə bağlı fəaliyyətini öz səlahiyyətləri çərçivəsində əlaqələndirmək; IV dənizkənarı bulvarın ərazisində yerləşən dövlət mülkiyyətində olan daşınmaz əmlak və digər obyektlərin istifadəyə (icarəyə) verilməsinə razılıq vermək, dənizkənarı bulvarın ərazisində yerləşən daşınmaz əmlak və digər obyektlər istifadəyə (icarəyə) verilərkən dənizkənarı bulvar üçün müəyyən olunmuş rejimə riayət edilməsinə nəzarət etmək; V dənizkənarı bulvarın ərazisində hər hansı bərpa, inşaat-təmir, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin ekspertizasını keçirmək, müxtəlif qorunma tələbləri irəli sürmək, layihələrin həyata keçirilməsinə razılıq vermək və işlərin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini təşkil etmək; VI əhalinin mənəvi və estetik tələbatının ödənilməsi, istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün şəraitin yaradılmasını təmin etmək; qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə elmi-texniki nailiyyətlərin tətbiqini təmin etmək; VII aidiyyəti üzrə ayrılan büdcə vəsaitləri, kreditlər, qrantlar və digər maliyyə vəsaitlərindən təyinatına uyğun səmərəli istifadə olunmasını təmin etmək; fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək; VIII İdarənin fəaliyyəti ilə bağlı daxil olan ərizə və şikayətlərə baxmaq və qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək. İdarənin aparatı və tabeliyində olan qurumlar İdarənin vahid sistemini təşkil edir. İdarə öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir. İdarənin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarənin rəisi rəhbərlik edir. İdarə rəisinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır. İdarədə İdarənin rəisindən (kollegiyanın sədri), onun müavinlərindən və İdarənin rəhbər işçilərindən ibarət tərkibdə kollegiya yaradılır. İdarənin kollegiyasının tərkibinə, həmçinin mütəxəssislər və alimlər də daxil edilə bilər. İdarənin hüquqları 1. İdarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 2. dənizkənarı bulvarın vəziyyəti, mühafizəsi, qorunması, inkişaf etdirilməsi və bərpası ilə bağlı normativ hüquqi aktların layihələrini hazırlamaq və ya onların hazırlanmasında iştirak etmək; 3. fəaliyyət istiqamətləri üzrə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə tərəfdar çıxması barədə təşəbbüslə çıxış etmək; 4. zəruri məlumatlar (sənədlər) almaq məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu vermək; 5. dənizkənarı bulvarın ərazisinin qorunması və mühafizəsi sahəsində pozuntu hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək və müvafiq tədbirlər görmək; 6. qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək, sahə üzrə beynəlxalq təcrübəni öyrənmək; 7. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlil və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq, təkliflər vermək; 8. fəaliyyətinin təşkili məqsədi ilə mütəxəssislərin seçilib yerləşdirilməsi və onların ixtisasının artırılması üçün müvafiq tədbirlər görmək; 9. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək; 10. həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər dairəsində qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq, internet saytı yaratmaq və ondan istifadə etmək; 11. fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında" 10 yanvar 2008-ci il tarixli fərmanının icrası bulvarın idarəetmə sistemini daha da təkmilləşdirib. Burada aparılan əsaslı təmir və yenidənqurma işləri sürətləndirilib. Ölkə başçısının sərəncamına əsasən, Dəniz Ticarət Limanı artıq Ələtə köçürülür, bulvar Bayraq Meydanına qədər genişləndirilir. Milli bayramlarda və tarixi günlərdə, el şənliklərində, ictimai-siyasi tədbirlərdə buraya gələn insanların sayı daha çox olur. Odur ki, yaşıllıqların və ictimai asayişin qorunması məqsədilə burada təhlükəsizlik tədbirlərinə də ciddi nəzarət edilir. Hazırda bulvarda fəaliyyətdə olan xüsusi mühafizə xidmətindən əlavə 5 müşahidə kamerası quraşdırılıb. Bu günlərdə istifadəyə verilməsi nəzərdə tutulan uzunluğu 300 metrədək olan yeni yeraltı keçid sakinlərin Üzeyir Hacıbəyli küçəsindən bulvara birbaşa rahat və təhlükəsiz gediş-gəlişini təmin edəcəkdir.


Yüklə 51,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin